12 C
Baku
Monday, November 25, 2024

Korporativ Satış üzrə Mütəxəssis -Nar

Nar telekommunikasiya xidmətlərini təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri  ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk.

Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və  peşəkar inkişafı üçün şirkətimiz lazımı şərait yaradır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir.

Şirkətimiz aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır.

Korporativ Satış üzrə Mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Yeni müştərilərin axtarışı, onlarla münasibətlərin inkişafı və müqavilə imzalanması ilə biznesin və gəlirin artımı üçün cəvabdeh olacaq
• Əsas ƏSG göstəricilərinin uğurlu icrası vasitəsilə Korporativ Satış Hədəflərinə çatmaq üçün aylıq fərdi məqsədlərə nail olmaq (rəhbərlik tərəfindən müəyyən edilməlidir)
• Potensial korporativ  müştərilər və onlarla  əlaqə vasitələrinin təyin olunması, onların cəlb olunması yolları ilə bağlı həftəlik planların hazırlanması
• Nar-ın  bütün məhsulları və xidmətləri haqqında ətraflı biliklərə əsaslanaraq səfərlər, zənglər və elektron məktublar yolu vasitəsilə mövcud müştərilərə satışın artırılması məqsədi ilə təkliflər etmək
• CRM-in bütün məlumat bazasına nəzarət edir
• Müqavilələrin tərtibatı, nömrələrin proqlamlaşdırılması və qeydiyyatı daxil olmaqla hər bir korporativ satış prosesini ilk mərhələsindən sona çatdırılmasına kimi idarə edir
• Korporativ satış fəaliyyətinin  və hesablarına dair müntəzəm və  xüsusi hesabatının hazırlanması
• Bölümün Strateji və Əməliyyat Planında qeyd olunan və fərdi əməliyyat planlarında əks olunan bütün tapşırıqların yerinə yetirilməsi təşəbbüsünü öz üzərinə götürmək
• Təhlil olunmuş məlumata və intuisiyaya əsaslanaraq  Marketinq, Texniki,  İT və Azərtelekomla  birlikdə yeni korporativ xidmətlərin, tariflərin və məhsullarin   hazırlanması

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Bütövlük
• Müştəri yönümlü
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü
• Davamlı təkmilləşmə
• Satış bacarığı
• Ünsiyyət qurma bacarığı
• Azərbaycan (Mükəmməl), Rus (Mükəmməl) və İngilis (orta) dillərini bilmək )
• MS Office proqramlarını bilmək

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali Təhsil
• 2-3 il Korporativ Satış sahəsində təcrübə üstünlük hesab olunur

Əlavə məlumat:

İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi:  23/09/2016

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.

Başlıqda Korporativ Satış üzrə Mütəxəssis qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər