23 C
Baku
Saturday, July 6, 2024

Korporativ Satışlar şöbəsinin mütəxəssisi

Korporativ Satışlar şöbəsinin mütəxəssisi

Namizədə tələblər

  • Yaş: 23-30
  • Cinsi: kişi və ya qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: Satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
  • Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

  • Ünsiyyət qurmaq bacarığı
  • Yüksək nitq mədəniyyəti
  • Xoş xarici görüş
  • Yüksək təqdimat bacarığı

Əsas vəzifə öhdəlikləri

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
  • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur
  • Sabit əmək haqqı 400-500 AZN + rüblük motivasiya

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir,əks halda namizədliyinizə baxılmayacaqdır )
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər