12 C
Baku
Saturday, November 23, 2024

Korporativ Xidmətlər üzrə Mütəxəssis – “Performance Center Co” MMC

“Performance Center Co” MMC-nin   Baş Ofisi üçün Korporativ Xidmətlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.   

İş haqqında məlumat:

  • Bazarın təhlili, araşdırmaların və monitoringlərin aparılması
    • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
    • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
    • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
    • Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi
    • Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək
    • Ümumi fəaliyyətə dair rəhbərliyə hesabatların verilməsi 
    • Həftədə 6 iş günü, saat 09:00-18:00 
    • Əmək haqqı: 600-1000 AZN

Namizədə qarşı tələblər:

  • Ali təhsil
    • Yaş: 25-40
    • Azərbaycan,rus və ingilis dillərində səlis danışıq
    • Korporativ satış üzrə 2 il iş təcrübəsi
    • Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmaq          
    • Təqdimat bacarığının olması
    • Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
    • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
    • Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 iyun 2017-ci il tarixindən gec olmamaq şərtilə  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Son xəbərlər
Digər xəbərlər