-1 C
Baku
Sunday, December 15, 2024

Korreksiya və ya bazarın qayıdışı. Bazarda konsolidasiya

Bazarın korreksiyası və ya bazar qayıdışı – qiymətin hal-hazırda qüvvədə olan trendə əks istiqamətdə hərəkətidir, korreksiya nəzərdən keçirilən maliyyə alətinin həddindən artıq alınması və ya həddindən artıq satılması nəticəsində baş verir.

Bazar korreksiyasının üç növü fərqləndirilir:

1. Bazarda yüksələn korreksiya.

Bu növ korreksiya enən trenddə yaranır, bu o zaman baş verir ki, əksər bazar iştirakçıları başa düşürlər ki, nəzərdən keçirilən maliyyə alətinin qiyməti həddindən artıq aşağı salınıb (həddindən artıq satılma) və onlar öncədən açılmış satış əmrlərini bağlayaraq, öz gəlirlərini qeydə alırlar.

Enən trenddə yüksələn bazar korreksiyası

cor.lpg

2. Bazarda enən korreksiya

Bu növ korreksiya yüksələn trenddə müşahidə olunur, bu, o zaman baş verir ki, bazar iştirakçıları başa düşür ki, nəzərdən keçirilən maliyyə alətinin qiyməti həddindən artıq şişirdilib (aşırı alınma nəticəsində) və onlar öncədən açılmış alış əmrlərini bağlayaraq, öz gəlirlərini qeydə alırlar.

Yüksələn trenddə enən bazar korreksiyası

cor2

3. Bazarda üfüqi korreksiya

Onu həm də “üfüqi diapazon” və ya “üfüqi ticarət diapazonu” və ya bazar konsolidasiyası adlandırırlar.

Konsolidasiya o zaman baş verir ki, nəzərdən keçirilən maliyyə alətinə olan tələb və təklif təqribən bir-birinə bərabər olur.

Yüksələn trenddə konsolidasiya

cor3

Enən trenddə konsolidasiya

cor4

Treyder nəzərə almalıdır ki, nəzərdən keçirilən vaxt intervalı (taymfreym) olduqca vacib rol oynayır, belə ki, aylıq qrafikdəki bazar korreksiyası günlük qrafikdə trend əmələ gətirə bilər, günlük qrafikdəki korreksiyası isə saatlıq qrafikdə trend ola bilər.

Son xəbərlər
Digər xəbərlər