2024-cü il ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 10,3 min müraciətinə (4,4 min ərizə, şikayət və “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 5,9 min müraciət) baxılıb.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Baş İdarənin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 5,9 min müraciətin 5,1 mini nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilib, 320-si prokurorluğun müvafiq struktur qurumlarında, 488-i Baş İdarədə araşdırılıb, bunlardan 82 müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Şikayətlərin 401-i üzrə vətəndaşlara məhkəməyə müraciət etmək hüququ barədə izahlar verilib, 157-si nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilib, 52 müraciət üzrə Cinayət Məcəlləsinin ilə cinayət işləri başlanılıb.