11 C
Baku
Tuesday, April 15, 2025

Korrupsiya risklərinin idarə edilməsi qaydaları hazırlanacaq

Dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi qaydaları hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin və büdcə təşkilatlarının fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi qaydalarını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər