İyunun 17-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının növbəti iclası keçirilib.
Ölkəmizin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadənin yolverilməzliyini qeyd edən iclas iştirakçıları dövlət əmlakının mənimsənilməsi və dövlətin iqtisadi təhlükəsizliyi əleyhinə digər hüquqpozmalarla mübarizə tədbirlərini, habelə bu sahədə aidiyyəti qurumların rolu və onların üzərinə düşən vəzifələri müzakirə ediblər.
İclasda, həmçinin bəzi özəl müəssisələrin fəaliyyətində, xüsusilə mənzil-tikinti kooperativlərində yol verilən korrupsiya hallarının qarşısının alınması və vətəndaşların hüquqlarının qorunması istiqamətində görülmüş işlər barədə məruzələr dinlənilib.