14 C
Baku
Çərşənbə, May 25, 2022

“Köşebaşı” cərimələndi – Tam siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 23-də ölkə üzrə 422 ictimai iaşə obyektində 747 monitorinq keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, ev 709K ünvanında yerləşən, hüquqi şəxs “Arzu-A” MMC-yə məxsus restoran;

2. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S. S. Axundov küç., ev 13D ünvanında yerləşən, fiziki şəxs Tahirov Mehdi Məmməd oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küç., ev 15A ünvanında yerləşən, hüquqi şəxs “Köşebaşı” MMC-yə məxsus “Köşebaşı” restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski pr., ev 830-835 ünvanında yerləşən, hüquqi şəxs “Emsa Food” MMC-yə məxsus “Dine Hall Burger” restoranı;

5. Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küçəsi 36 ünvanında yerləşən, fiziki şəxs Baxşəliyev Zakir Kamil oğluna məxsus kafe;

6. Bakı şəhəri, Səbail rayonu, Xəqani küç., ev 42 ünvanında yerləşən, fiziki şəxs Səttarov Aslan Aslan oğluna məxsus çay evi;

7. Şirvan şəhəri, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Həziyev Sərhəd Ədinə oğluna məxsus restoran.

Son xəbərlər
Oxşar xəbərlər