14 C
Baku
Tuesday, November 19, 2024

Kosmetika, dəb evi və investisiyalar: Rihanna necə planetin ən zəngin musiqiçisi oldu?

Barbadoslu müğənni Robin Rihanna Fenti, The Hustle-a görə, çoxdan musiqi sənayesindən kənara çıxıb və brendə çevrilib. Müğənninin sonuncu Anti albomu hələ 2016-cı ildə çıxsa da, bu gün 110 milyondan çox Instagram istifadəçisi onu izləyir.

Eyni zamanda jurnalistlər 2021-ci ildə Fentinin sərvətini 1.7 milyard dollar olaraq qiymətləndiriblər ki, bunun böyük hissəsi müğənninin biznes təşəbbüsləri sayəsində əldə edilib.

“Hamı Rihannanı əla vokalçı kimi tanıyır, lakin o, həm də istedadlı sahibkar, rejissor və liderdir”, – deyə Avropanın ən varlı adamı Bernar Arno qeyd edir.

Musiqidən əldə edilən gəlir

Fenti 1988-ci ildə Barbadosda mühasib və anbardar ailəsində anadan olub və yeddi yaşından başlayaraq musiqi ilə məşğul olmağa başlayıb. O, yeniyetmə ikən atası ilə paltar alveri ilə məşğul olub, daha sonra hərbi təlim keçib və 2003-cü ildə prodüser Evan Rocersin həyat yoldaşı ilə tanış olduqdan sonra musiqi sahəsində karyera qurmaq şansını qazanıb.

Rocers Rihannanı repçi Jay-Z-nin yanına göndərdi. Artıq 2005-ci ildə Def Jam leybli onunla müqavilə imzaladı və ilk Pon de Replay mahnısı işıq üzü gördü. 2012-ci ildə Rihanna leybli tərk etdi və Jay-Z-nin dəstəyi ilə Westbury Road leyblini yaratdı. 2013-cü ildə gənc müğənni Diamonds World Tour turundan sonra 140 milyon dollardan çox gəlir əldə etdi.

Rihannanın ən son Anti albomu 2016-cı ildə yeni leyblda buraxıldı. Ondan qabaq müğənni albomun müxtəlif platformalarda və öz internet saytında reklamı üçün Samsung-la 30 milyon dollarlıq müqavilə bağladı.

Business InsiderBilliboard-ın qiymətləndirmələrinə görə, 2016-cı ildə albom satışı Rihannaya 2.5 milyon dollar, tur – 11.2 milyon dollar, striminq xidmətləri isə – 7.6 milyon dollar qazandırdı. 2021-ci ilə qədər satılan nüsxələrin dəyəri 60 milyon dolları ötdü.

Çoxmilyardlı Fenty brendi

Karyerası boyu müğənni dəb evləri, jurnallar və brendlərlə çoxsaylı reklam sövdələşmələrində iştirak etsə də, varidatını biznes təşəbbüsləri sayəsində qazanıb.

Dekorativ və baxım kosmetikası. 2017-ci ildə Rihanna fransız korporasiyası və premium brendlərin sahibi LVMH ilə bərabər əməkdaşlıq etməyə başladı və yeni Fenty Beauty makiyaj brendini təqdim etdi. Bu müqavilə müğənniyə 50% pay və ilkin 10 milyon dollar qazandırdı.

Bundan əvvəl o, MAC kosmetika brendi ilə əməkdaşlıq etmişdi və satışlarının ilk ilində 80 milyon dollar gəlir qazanmışdı. Bronzer, dodaq boyaları, ətir, tuş, göz laynerləri və qaş qələmləri ilə yanaşı, brend bütün dəri rəngləri üçün 50 çalarlarda tonal kremlər də istehsal edirdi.

download 12

İlk ayda şirkət 100 milyon dollar qazandı, fəaliyyətə başladığı ilk ildə isə gəliri 550 milyon dolları ötdü – bunun 72 milyon dolları internetdəki reklamların payına düşdü.

2021-ci ilin fevral ayına olan məlumata görə, Fenty 2.8 milyard dollar dəyərində qiymətləndirilir, Rihannanın oradakı payı isə 1 milyard dollar təşkil edir. Buna baxmayaraq, Forbes şirkətin dəyərinin daha yüksək olduğunu düşünür.

Fenty Beauty – dəri rəngindən və irqindən, xarakterindən, vərdişlərindən və təcrübəsindən asılı olmayaraq hər bir qadın üçündür. Brendi yaradanda da məqsədim məhz bu idi”, – deyə Rihanna söyləyir.

2020-ci ildə müğənni LVMH ilə birlikdə başqa bir brend yaradır, lakin bu dəfə “öz baxım mədəniyyəti baxışını” həyata keçirməyi hədəfləyir. Fenty Skin adlı yeni brend üz yuma vasitələri, toner və kremlər istehsalı ilə məşğul olmağa başlayır.

İstehsalda şirkət bitki mənşəli inqrediyentlərdən istifadə edir və mümkün olduqca lazımsız qablaşdırmadan qaçaraq tullantıları minimuma endirir. Qiymətlər olduqca münasibdir, çünki Fenty-yə görə, hər kəs dəriyə qulluq etmək imkanına malik olmalıdır: hər bir məhsul orta hesabla 25-35 dollaradır. Fəaliyyətə başladığı ilk dörd ayda Fenty Skin 30 milyon dollarlıq satış həyata keçirib.

 

Alt geyim. 2018-ci ildə Rihanna TechStyle Fashion Group onlayn mağaza ilə əməkdaşlıq edərək özünün alt geyim, pijama və aksesuarları olan yeni Savage x Fenty brendini təqdim etdi.

Müğənni əsas kolleksiya ilə yanaşı, müştərilərə hazır kapsullar da təklif edirdi. Məhsullar müxtəlif rəng və ölçülərdə təqdim olunurdu, çatdırılma isə dünyanın 200-dən çox ölkəsində həyata keçirilirdi. Savage x Fenty-də fərqli qiymətlər təklif olunur:

Demokratik – 15-60 dollar;

Daha baha modellər – 69-100 dollar.

Savage x Fenty həmçinin müştəriləri abunə olmağa dəvət edir: illik 50 dollar ödəməklə müştəri yeni kolleksiyalardan hamıdan qabaq xəbərdar olmaq, məhdud sayta buraxılan modellər almaq, həmçinin heç bir çatdırılma haqqını ödəməmək imkanını qazanır.

2021-ci ilin fevral ayında şirkət 1 milyard dollar qiymətləndirmə ilə 115 milyon dollar cəlb etdi. Rihannanın özü şirkətdə 30% (270 milyon dollar) paya sahibdir. WSJ hesab edir ki, 2019-cu ildə satışlar 150 milyon dollara çatmış ola bilərdi. Lakin brend gəlir rəqəmlərini açıqlamır – o, yalnız 2020-ci ildə onların 200%, abunələr üzrə biznesin isə 150% artdığını deyir. 2025-ci ilə qədər Savage x Fenty qlobal alt geyim bazarında lider olmağı hədəfləyir.

rihanna savage fenty 2019 live billboard 1548 compressed

Dəb evi. 2019-cu ildə Rihanna geyim, ayaqqabı və aksesuarlar üçün Parisdə Fenty dəb evinin açılışını elan edir. Başlanğıcda pulun böyük hissəsi, yəni 46 milyon dolları müğənninin özü yatırır və əməliyyat nəticəsində 49.99% pay qazanır. LVMH isə bu biznesə 34 milyon dollar sərmayə qoyur.

Rihanna dizaynlara, eləcə brend adına cavabdeh olmalı idi. Fenty-dən əvvəl LVMH 1987-ci ildən bəri heç bir geyim brendi yaratmamışdı və müğənni həm də korporasiya üçün orijinal brend yaradan ilk qadın olmuşdu.

2021-ci ilin fevralında Rihanna və LVMH, çox güman ki, pandemiya səbəbindən istehsalı dayandırmaq qərarına gəlir. The Hustle-a görə, 2020-ci ildə dəb sənayesinin ümumi mənfəəti alıcılıq qabiliyyəti ilə yanaşı 93% azalır.

Bununla yanaşı, müğənninin malları 1000 dollara qədər bahalaşıb. “Rihanna brendin əsas mühərriki idi, lakin görünür, bu, satışları artırmaq üçün kifayət deyildi”, – deyə mütəxəssislər vurğulayır.

rihanna

Digər təşəbbüslər: Puma-da rəhbərlik, striminqdə pay və media sənayesinə dəstək

Geyim dizaynı. 2014-cü ildə Rihanna Puma idman brendinin qadın kolleksiyalarının ambassadoru (rəsmi nümayəndəsi) və kreativ direktoru oldu. Şirkətin marketinq rəhbəri Adam Petrikin sözlərinə görə, əvvəlcə şirkət müğənniyə reklam tərəfdaşlığı təklif edib, lakin o, River Island mağazası üçün gələcək üç kolleksiyanın dizaynlarının yaradılmasında iştirak etmək istədiyini bildirib.

Müqavilənin dəqiq şərtləri açıqlanmır. Bəzi hesablamalara görə, onun ilkin məbləği 1 milyon dollardan çox olub. O da məlumdur ki, Rihanna Puma ilə çoxillik müqavilə imzalayıb və 2020-ci il ərzində onunla əməkdaşlıq edib.

İnvestisiyalar. 2015-ci ildə Rihanna Tidal musiqi axını xidmətinin səhmdarı oldu. Onun payının ölçüsü məlum deyil: bəzi nəşrlərə görə, müğənni şirkətin ortaq sahibi olsa da, əslində, 16 maraqlı tərəfindən yalnız biri idi.

Eyni zamanda Rihannanın daha iki təşkilata sərmayə qoyması məlumdur:

– 2021-ci ilin yanvar ayında müğənni Jay-Z və H.E.R ilə birlikdə veqan peçenye istehsalçısı Parte Foods-a sponsorluq etdir. Bu, şirkətə 4.8 milyon dollar qazandırır;

– 2021-ci ilin fevral ayında vibrasiya və ağrıkəsici terapiya üçün tibbi cihaz istehsal edən Therabody Rihanna, Jay-Z, Castin Timberleyk və Siara kimi məşhurlardan açıqlanmayan məbləğdə pul toplayır.

 

Stilistlər və fotoqraflar üçün agentliklər. 2015-ci ildə Rihanna idarəçi Benua Demua ilə birlikdə stilistlərə, bərbərlərə və vizajistlərə məşhurlarla iş tapmaqda, həmçinin reklam, çap və onlayn nəşrlərdə köməklik edən Fr8me agentliyini təsis etdi.

Demuaya görə, onlar bu şirkəti gözəllik sənayesi peşəkarları üçün ədalətli əməkhaqqına nail olmaq üçün yaratdılar. “Saatlıq tariflər aşağı düşdü və müştərilər getdikcə ustalara pul ödəməməyin yollarını axtarmağa başladı”, – deyə Demua şikayət etdi. Agentliyin ilk məşhur müştəriləri arasında aktrisalar Rubi Rouz, Qabriel Yuninion və Kendall Cenner oldu.

2015-ci ildə Rihanna və Demua sənaye peşəkarlarına dəstək olmaq və onlara sifarişlər tapmaqda kömək etmək üçün A Dog Ate My Homework foto agentliyini işə saldılar. Hər iki sövdələşmənin təfərrüatları və layihələrin hazırkı vəziyyəti məlum deyil.

download 4

Filantropiya. 2012-ci ildə Rihanna təhsil və tibb sahələrində xeyriyyə təşkilatlarına ianə verən və böhran dövründə müxtəlif sənayelərə kömək edən qeyri-hökumət təşkilatı Clara Lionel Foundation-u təsis etdi:

– 2016-cı ildə o, Global Parnership for EducationGlobal Citizen qlobal təhsil proqramlarına uzunmüddətli dəstək verəcəyini açıqladı, həmçinin dördillik bakalavr proqramları üçün 5-50 min dollar qrantlarla təqaüd proqramına başladı;

– 2019-cu ildə Rihanna xilasetmə xidmətlərinə Dorian qasırğasının nəticələrinin öhdəsindən gəlməyə kömək etmək üçün 1 milyon dollar ayırdı;

– 2020-ci ildə korrupsiyaya qarşı mübarizə tədbirlərinə dəstək üçün 5 milyon dollar, Twitter-in qurucusu Cek Dorsi ilə birlikdə psixoloji dəstək xidmətlərinin inkişafına ümumilikdə 15 milyon dollar bağışladı.

2017-ci ildə Harvard Universiteti Rihannanı ilin ən yaxşı humanitar işçisi elan etdi.

 

Bu gün müğənni və sahibkarın sərvəti 1.7 milyard dollar olaraq qiymətləndirilir. The Irish Times-a görə o, hələ də dünyanın ən varlı müğənnisidir və bütövlükdə əyləncə sənayesində Opra Uinfridən sonra ikinci yerdədir.

Son xəbərlər
Digər xəbərlər