20 C
Baku
Sunday, October 13, 2024

Kosmetika mağazasından daha çox: “Olivia” qadınları istədiyi kimi olmağa çağırır

®Artıq heç bir qadın büdcəsinə və zövqünə uyğun kosmetika və baxım məhsullarını almaq üçün xaricə getmək və ya oradan onlayn sifariş vermək məcburiyyətində qalmayacaq! Çünki artıq ölkəmizdə “Olivia Beauty&Care” adlı yeni mağazalar şəbəkəsi var!

“Olivia Beauty&Care” mağazalar şəbəkəsində bütün qadınlar özləri və kiçikdən böyüyə bütün ailə üzvləri üçün gözəllik, baxım, şəxsi qulluq məhsullarının geniş çeşidini ala bilər, özü də ən münasib qiymətlərlə. Qürurlandırıcı hal odur ki, “Olivia” həm də 100% Azərbaycan brendidir.

MAĞAZALAR YOLUNUZUN TAM ÜSTÜNDƏDİR

 “Olivia” alış-veriş rahatlığı üçün mağazalarını ən uyğun lokasiyalarda açıb. Artıq Bakıda 12 mağaza ixtiyarınızdadır. Günbəgün böyüyən şəbəkə ilin sonunadək Gəncə və Lənkəran şəhərləri də daxil olmaqla mağaza sayını toplam 20-yə çatdırmağı hədəfləyib. Çox yaxında www.olivia.az – onlayn mağazası da istifadəyə veriləcək. Elə fiziki mağazaların ünvanları ilə də məhz olivia.az ünvanına daxil olaraq tanış ola bilərsiniz. Şəbəkənin yeniliklərindən xəbərdar olmaq üçün indidən onun çox aktiv Instagram səhifəsini izləyin.

“Olivia” mağazalarında “Maybeline”, “Loreal”, “The Balm”, “Garnier”, “White Glo”, “Head Shoulders”,  “7 days”, “Colgate”, “Paese”, “Vivienne Sabo”, “Luxvisage”, “Eveline”, “Urban” və “Morfose” kimi 250-dən çox dünya brendinə aid 10000-ə yaxın məhsul çeşidi var. Şəbəkə eyni zamanda “Belor Design”, “Pierre Rene”, “Celenes”, “Divage” və “Barwa” kimi Avropada məşhur olan brendlərin ölkəmizdəki eksklüziv satış mərkəzidir.

“OLIVIA” DEYİR Kİ, GÖZƏLLİK İSTƏDİYİN KİMİ OLMAQDIR!

“Olivia Beauty & Care” – sıradan gözəllik brendi deyil. “İstədiyin kimi ol” mesajı ilə bazara daxil olan brend qadınları cəmiyyətin gözəllik standartlarına cavab vermək əvəzinə özünəməxsus gözəlliklərini qəbul etməyə və özgüvənlərini artırmağa çağırır. “Olivia” inanır ki, hər bir qadın öz gücünə və uğuruna inanmalı, ciddi və cəsarətli olmağa, xüsusiyyətlərini qəbul etməyə, fərqlənməkdən qorxmamağa və ümumiyyətlə istədiyi kimi olmağa layiqdir! Bəs brendin rəngarəng halqaları nəyi simvolizə edir? Bu, hər qadının daxili işıltısını, əhval-ruhiyyəsini və duyğularını ifadə edir, mərkəzdə isə qadın özüdür. Hər bir çaların ayrı ayrılıqda mənası var.

  1. Göy rəng – “Güclü ol!” Nəzarəti, kontrolu və güclü olmağı;
  2. Mavi rəng – “Yaradıcı ol!” Sərbəstliyi, rahatlığı və yaradıcılığı;
  3. Yaşıl rəng – “Cəsarətli ol!” Fikirləri, istəkləri həyata keçirmək üçün cəsarəti;
  4. Sarı rəng – “Fərqli ol!” Pozitivliyi, enerjini və fərqliliyi;
  5. Narıncı rəng – “Parlaq ol!” İstiliyi, əyləncəni və parlaqlığı;
  6. Çəhrayı rəng – “Şıltaq ol!” Gəncliyi, təvəzökarlığı və şıltaqlığı simvolizə edir.
  7. Bənövşəyi rəng isə – Bütün şüarları özündə cəmləşdirərək əsas “İstədiyin kimi ol!” mesajına gətirib çıxarır.

“Olivia”ya görə bütün qadınlar fərqlidir, özünəməxsus şəkildə bənzərsizdir. Hər qadının daxili aləmi kimi “Olivia”nın rəngbərəng halqalar da dəyişkən və eyni zamanda unikaldır.

ÖZÜNƏ AKSESUAR, ONKOLOJİ XƏSTƏLƏRƏ ÖZGÜVƏN HƏDİYYƏ ET!

“Olivia” qadınların özgüvənlərini artırmaq və onlara dəstək olmaq üçün yeni bir sosial məsuliyyət layihəsi ilə çıxış edir. Bu layihənin əsas missiyası acı dönəmdə az da olsa qadınlara təbəssüm bəxş edə və onlara özgüvən əlavə etməklə mübarizələrində dəstəkləməkdir.

Təəssüf ki, bəzən gözlənilməyən və xoş olmayan səbəblərdən qadınlar istədikləri kimi ola və ya görünə bilmirlər. Həmin qadınlar arasına onkoloji xəstələr də aiddir. Kimya terapiyasının nəticəsi kimi qadınların əksəriyyəti çox sevdikləri saçlarını itirir. Bu isə onların özgüvənini aşağı salır, streslərini artırır və bu, bəzən xəstəliyin də ağırlaşmasına səbəb olur.

“Olivia” mağazalarında yuxarıda sadalanan rəng və mesajlara uyğun toxunma qolbaqlar simvolik qiymətə satışa çıxarılıb. Həmin qolbaqlarından satışından əldə olunan bütün gəlirlər onkoloji xəstəlikdən əziyyət çəkən qadınlara parik hazırlanmasına sərf olunacaq. Brend hesab edir ki, müştərilərinin dəstəyilə bu layihə xəstəlik dövründə olan qadınlar üçün bir motivasiya qaynağına çevrilə bilər.

Son xəbərlər
Digər xəbərlər