Qismən tanınan Kosovo Respublikasının hakimiyyəti dekabrın 15-də Avropa İttifaqına üzvlüklə bağlı ərizəni təqdim edəcək.
Bu barədə Kosovonun “Radio Television” telekanalı məlumat yayıb.
Bildirilib ki, müraciətdə ölkənin Avropa İttifaqına daxil olması strateji hədəf olaraq göstərilib.
Hakimiyyət hesab edir ki, Kosovonun üzvlüyünə ayrı-ayrı dövlətlər deyil, təşkilat özü qərar verəcək.
Qeyd edək ki, hazırda Kosovonu dünyanın 60-dan çox dövləti, o cümlədən Aİ üzvü olan İspaniya, yunan Kipri, Yunanıstan, Slovakiya və Rumıniya tanımır. BMT-nin 193 üzvü var.