Tanınmamış Kosovo Serbiyada verilmiş sənədlərin qadağan edilməsi ilə bağlı proseduru sentyabrın 1-dək təxirə salıb.
Bu barədə “Reuters“ məlumat yayıb. Yaxın saatlarda Serbiyanın digər əraziləri ilə sərbəst hərəkətin bərpa edilməsi gözlənilir.
Yerli medianın xəbərinə görə, qərar Kosovo liderlərinin ABŞ səfiri Ceff Hovenyer ilə görüşündən qısa müddət sonra verildiyi bildirilir.
Qeyd edək ki,ötən axşam Serbiya və Kosovonun inzibati ərazilərini ayıran xəttdə gərginlik yaranıb. Buna səbəb Kosovonun Serbiya nömrəli avtomobillərə qadağa tətbiq etmək planı olub. Yaranmış gərginliyə NATO-nun Kosovodakı missiyası (KFOR) da münasibət bildirib.