Kosta-Rikada evlərin ünvanı yoxdur

Kosta-rikalılar yəqin ki geniş fantaziyaya sahib insanlardır! Şəhər küçələrinə ad qoymaq və evləri nömrələmək əvəzinə onlar məkanın təsvir edilməsi yolu ilə ünvanı qeyd edirlər. Zərfin üzərindəki “hara” qrafasına adətən bu tipdə bir şey yazılır: “Qırmızı Xaçın cənub hissəsində yaşayan insanlara” və ya “Pizza Hut-ın 125 metrlik qərbində yerləşən ev”. Daha bir nümunə: “Tibas qəbiristanlığından 200 metr cənub, daha sonra 300 metr qərbdə dəmiryolunun qabağında ikimərtəbəli ağ ev”. 

“Bu işdə işləmək üçün erudit, tarixçi və detektiv olmaq lazımdır” – 27 yaşlı kosta-rikalı poçtalyon bildirir. Yerli sakinlər mövcud vəziyyətdən bir o qədər də məmnun deyillər: “Tamamilə xaos hökm sürür! – tanış olmayan şəhərətrafı qəsəbədə evin axtarışına 3 saat vaxt sərf etmiş 73 yaşlı təqaüdçü şikayətlənir – Bələd olmayan ölkədə axtardığım yeri daha asan tapardım, nəinki burda!”


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.