12 C
Baku
Wednesday, December 11, 2024

Kostin: “VTB-nin özəlləşdirilməsindən danışmaq tezdir”

“VTB-nin nə vaxt və kim tərəfindən özəlləşdirilməsi barədə danışmaq hələlik tezdir”.

Agentlik xəbər verir ki, bu barədə “Rusiya 24” telekanalına müsahibəsində bankın İdarə Heyətinin sədri və prezidenti Andrey Kostin deyib.

A. Kostin özəlləşdirmə prosesinin perspektivlərinə qiymət verməkdən ehtiyatlanıb: “Söhbət 11%-dən bir qədər az olan səhm paketindən gedir. Lakin bu gün özəlləşdirmədə maraqlı olan hansısa şəxslərdən danışmaq tezdir. Proses nə zaman başlayacaq, nə zaman bitəcək, deyə bilmərəm”.

Qeyd edək ki, Rusiya hökuməti dövlətin VTB-dəki payını 10,9% azaltmaq niyyətindədir. Bununla belə, nəzarət paketi yenə də dövlətdə qalacaq.

Xatırladaq ki, Rusiya Federasiyanın Dövlət Əmlakının İdarəedilməsi üzrə Federal Agentliyi VTB-də 60,93%-lik səhmə malikdir. Azərbaycan Dövlət Neft Fondu bankda 2,95%-lik səhm paketinə malikdir.

APA

Son xəbərlər
Digər xəbərlər