18 C
Baku
Thursday, April 25, 2024

Kouçinq üslubunda menecment

  • Kouçinq nədir?
  • Şirkət daxili kouçinq
  • Kouçinq üslubunda menecment nədir?

Kouçinq xidməti sayəsində bir fərdin sahib olduğu daxili resursları aşkarlamaq mümkündür. Sessiyalar nəticəsində Koçluq alan şəxs özünün daxili potensialını kəşf edir. Real fərqindəliklər yaşayaraq əslində ona lazım olan nədir, onun əsas dəyərləri nədir kimi sualların cavabını aydın görməyə başlayır. Başqa sözlə vizyonu aydınlanır.

Kouç eyni zamanda A nöqtəsindən B nöqtəsinə getmək üçün bələdçi rolunu oynayır

Kouçinq sessiyaları adətən iki nəfərlik görüşlərdir. Görüşlərin sayı müştəri tərəfindən istəyə və ehtiyaca bağlı olaraq müəyyən edilir. Koçluq görüşlərindən fayda qazanmaq üçün məsləhət görülən görüş sayı minimum 4-5 ədəd olur.

Qeyd etmək lazımdır ki, Kouçla görüşərək öz sualını müzakirə etməklə yanaşı eyni zamanda, özün-özünə də Koçluq etmək mümkündür. Ancaq burada qeyd etmək də fayda var ki, özü özüylə edilən kouçinqlə bir Kouçla edilən kouçinq sessiyalarının effektivlik dərəcəsində fərq vardır. Kouçla işlənən mövzuların effektivliyi daha yüksək olduğu müşahidə edilir.

Kouçinq bugündən gələcəyə doğru işlənən mövzuları əhatələyir. Keçmişdə baş verənlər, travmaların müalicəsi kouçinq sessiyalarında nəzərə alınmır. Koçluq xidməti alan şəxslərə, Koç tərəfindən hər hansı fəaliyyətin məsləhət edilməsi yaxud mentorluq edilməsi də nəzərə alınmır. Bunun əksi olaraq, hər bir insan tam və bütündür nöqteyi nəzərindən yanaşılır, və fərdin əslində özünün özü üçün doğru olanı görməsi üçün mühit yaradılır.

Müxtəlif kouçinq sahələri vardır, bunlar da hər biri öz sahəsində efektivdir.

Burada sözünü açmaq istədiyim Koçluq sahəsi şirkətdaxili koçluqdur.

Şirkətdaxili Koçluq fəaliyyətinin əsas mahiyyəti idarə edən və icraçı münasibətindən çıxaraq, işçiyə daha çox sərbəst qərar verə bilməsi üçün mühit yaratmaqdan ibarətdir. Məsələn: İşçi rəhbərə sual ilə yaxınlaşdığı zaman, koçluq bacarıqlarına sahib olan rəhbər, işçinin özünə yönəldir sualı, “sən bu məsələni həll etmiş olsaydın, necə edərdin?” sualını yönləndirərək məsələyə onun birbaşa rolunu vurğulamış olur.

Eyni zamanda, şirkət daxilində işçilərə onların özlərinin sahib olduqları resuslarla daha fəqli baxış fərqindəliyini yaşatmaq, həm işçilərdə motivasiyaya səbəb olacaq, həm də onların işə daha yaradıcı yanaşmalarını təmin etmiş olacaq.

Şirkətlərdə Kouçinq fəaliyyəti nəticəsində, əməkdaşlara aşağıda qeyd edilən bacarıqların qazanılmasında dəstək göstərə bilər:

  • Liderlik bacarığı,
  • Özünə inam hissinin güclənməsi,
  • Öz dəyərlərinin müəyyən edilməsi
  • Komanda halında çalışmaq,
  • Münasibətlərin idarə edilməsi,
  • Məqsəd müəyyən edib, ona doğru irəliləmək
  • Zamanın idarə edilməsi
  • Prioritetlərin doğru təyin edilməsi
  • Fərqindəlik və yanaşmaların inkişaf edilməsi

 

Şirkət daxili kouçinq xidmətləri günümüzdə aktuallıq qazanmaqdadır. Beləki, Türkiyə, Rusiya, və bir sıra digər dünya ölkələrində artıq şirkətdaxili kouçinq xidmətləri verilir. Və bu xidmətlərin faydası artıq görülməyə başlanıb. Bəzi iri korporasiyalarda isə şirkət içində müstəqil qurum kimi Kouçinq sahələri fəaliyyət göstərir. Onlar işçilər üçün müxtəlif layihələr hazırlayaraq işçilərin ümumi məhsuldarlıqlarının artırılması istiqamətində fəaliyyət göstərirlər.

Artiq ölkəmizdə də fəaliyyət göstərən şirkətlərdə idarə etmə yanaşmalarında kouçinq fəaliyyətinin əsaslarını tətbiq etməyə başlamışlar.

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, hələ də insanlarımızda tam olaraq kouçinq məfhumu sual doğurur. Bir çoxları kouçinq fəaliyyətini hələ də terapiya  yaxud mentorluq xidməti ilə səhv salır.

Rəsilə Abdulla

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər