18 C
Baku
Çərşənbə, May 25, 2022

“Kpler”: “İran neft bazarında Rusiyanı əvəzləyəcək”

Dünya neft bazarında İran sanksiyalara məruz qalmış Rusiyanı əvəz edə bilər.

Banker.az bu barədə “Report”a istinadən xəbər verir ki, bunu xammal tədqiqatları sahəsində dünya liderlərindən olan “Kpler” şirkəti bildirib.

Belə ki, “Singapore Maritime Week” (Sinqapur dənizçilik həftəsi) çərçivəsində keçirilən Baltik birjası yükdaşımalar forumunda iştirak edən qurum nümaəyəndəsi Rusiyanın gündəlik xam neft ixracının qarşıdakı dövrdə 1,5 milyon barelədək azala biləcəyini diqqətə çatdırıb.

“İran nüvə proqramına dair sövdələşmənin may ayında imzalanacağını gözləyir, ona görə də hasilatın artacağını güman edirik. Qarşıdakı üç ay ərzində gündəlik hasilatda 1 milyon barelədək, sonrakı 7 ayda isə 1,3 milyon barelədək artım görəcəyimizi düşünürük”,- “Kpler”in Asiya-Pasifik regionu üzrə aparıcı eksperti Kevin Rayt deyib.

Onun fikrincə, enerji daşıyıcıları tədarükündə Rusiyadan asılı vəziyyətinə son qoyumağa can atan Avropa çox güman ki, “Urals” əvəzinə İranın “API” markalı yüngül neftinə üz tutacaq.

Qurum nümayəndəsi həmçinin qeyd edib ki, İranda yerüstü anbarlarda olan neftin həcmi 2021-ci ilin ortalarındakı 63 milyon bareldən 54 milyon barelədək geriləyib, eyni müddət ərzində gündəlik neft icracı 600 min bareldən 800 min barelədək artırılıb.

Son xəbərlər
Oxşar xəbərlər