3 C
Baku
Saturday, December 14, 2024

“KPMG Azerbaijan”: Palata “Bank Standard”ın auditi ilə bağlı pozuntu aşkar etməyib

“KPMG Azerbaijan” ləğv prosesində olan “Bank Standard” KB QSC-nin Kreditorlar Komitəsinin şirkəti məhkəməyə verməsi ilə bağlı məsələyə münasibət bildirib.

Şirkətdən verilən xəbərə görə, “KPMG Azerbaijan” hüquqi tədbirlərlə bağlı hər hansı bildiriş əldə etməyib.

“KPMG Azərbaycan şirkəti tərəfindən “Bank Standard” KB QSC-yə audit xidmətlərinin təqdim olunmasına dair nəzərinizə çatdırmaq istərdik ki, Auditorlar Palatası bununla bağlı müvafiq yoxlama aparıb və “KPMG Azərbaycan” tərəfindən banka göstərilmiş peşəkar xidmətlərlə əlaqədar, tətbiq olunan qanunvericilik və standartlara əsasən uyğunsuzluq/pozuntu halı aşkar edilməyib,” – deyə şirkətdən bildirilib.

Xatırladaq ki, “Bank Standard”ın 82 əmanətçisi bankın müflisləşməsi ilə bağlı bir sıra vəzifəli şəxsi, o cümlədən Azərbaycan Mərkəzi Bankını (AMB), Maliyyə Bazarlarına Nəzarət Palatasını (MBNP), “KPMG” audit şirkətini məhkəməyə verib. Bankın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov “KPMG Azerbaijan” audit şirkətini “Bank Standard”ın auditini qeyri-obyektiv həyata keçirməkdə və bankın maliyyə vəziyyəti ilə bağlı ictimaiyyətdə yanlış təəssürat yaratmaqda ittiham edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər