“KPMG Law Azərbaycan” mayın 27-də “Four Seasons Hotel”də “KPMG Law: Next Chapter” adlı rəsmi qala gecəsi təşkil etmişdir. Tədbir çərçivəsində “KPMG Law Azərbaycan” tərəfindən hüquq xidmətlərinin göstərilməsi ilə bağlı gələcək perspektivlər müzakirə edilmişdir. Habelə, hüquq xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsinə və müştərilərin ehtiyaclarının effektiv qarşılanmasına xidmət edən texnologiyalar və yeni yanaşmalar təqdim edilmişdir.
Tədbirin açılışını KPMG-nin Azərbaycandakı ofisinin İdarəedici partnyoru Vitaliy Yakovlev etmişdir. O, öz çıxışında “KPMG Law Azərbaycan”-ın təqdim etdiyi multidissiplinar yanaşmanın əhəmiyyətini vurğulamışdır. Bu yanaşma hüquq xidmətlərinin vergi, texnologiya və digər biznes üçün yararlı məsləhət xidmətləri ilə inteqrasiya olunmuş həll yollarını təklif edir. Vitaliy Yakovlev çıxışında hüquqi xidmətlərin KPMG çərçivəsində daha da strateji rol oynadığını qeyd etmişdir.
“KPMG Law Azərbaycan”-ın rəhbəri Seymur Niftaliyev öz çıxışında KPMG hüquq praktikasının inkişaf mərhələləri barədə məlumat vermişdir. O, “KPMG Law Azərbaycan”-ın dinamik inkişaf edən biznes ehtiyaclarının qarşılanmasına yönəlmiş hüquq xidmətləri və mühüm gələcək planları barədə iştirakçılara məlumat vermişdir. Seymur Niftaliyev öz çıxışında həmçinin “KPMG Law Azərbaycan”-ın yeni veb saytını (https://kpmglaw.az/) təqdim etmişdir.
Rəsmi hissə “KPMG Law”-nun Qafqaz və Mərkəzi Asiya üzrə Partnyoru və rəhbəri Aleksey Abramovun çıxışı ilə davam etmişdir. Aleksey Abramov regionda mövcud olan hüquq praktikaları arasındaki əməkdaşlığın artan əhəmiyyətindən danışmışdır. O, çıxışında KPMG Qafqaz və Mərkəzi Asiya çərçivəsində qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin və inkişaf üçün atılan birgə addımların vacibliyini vurğulamışdır.
Daha sonra tədbir, KPMG Law üzrə Qlobal Rəhbər Stuart Bedford və EMA (Avropa, Orta Şərq və Afrika) regionunun rəhbəri və Almaniyada “KPMG Law”-nun İdarəedici partnyoru Konstantin von Busekistin çıxışları ilə davam etmişdir. Onlar hüquq peşəsinin rəqəmsal dünyada gələcəyi və texnologiyaların hüquqi xidmət modellərinə təsiri barə müzakirələr aparmışdırlar. Bu müzakirələr “KPMG Law”-nun yeniliklərə uyğunlaşan və inkişaf etmiş modellər təklif edən xidmətlərini bir daha vurğulamışdır.
Tədbirdə KPMG-nin xüsusi olaraq yaratdığı “GenAI” adlı süni intellektə dair canlı təqdimat da keçirilmişdir. Sözügedən süni intellektin yaradılmasında əsas məqsəd, hüquq xidmətlərinin daha səmərəli, dəqiq və operativ olmasını təmin etməkdir. Bu təqdimat hüquq xidmətlərinin gələcəyinə nəzər salmaq imkanı yaratmışdır.
Qala gecəsində 150-dən çox dəyərli qonaq iştirak etmişdir. Onların arasında aparıcı özəl sektor şirkətlərinin və dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri də yer almışdır. Canlı musiqi ilə müşayiət olunan şam yeməyində, qonaqlara fərdi hədiyyələr təqdim edilmiş və lotereya keçirilmişdir.
Bu tədbirin əsas məqsədi, “KPMG Law Azərbaycan”-ın illər ərzində formalaşmış peşəkar təcrübəsinin beynəlxalq praktikalar və innovativ texnologiyalarla inteqrasiyası nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirmək olmuşdur.
KPMG peşəkar audit, vergi, məsləhət və hüquq xidmətləri göstərən müstəqil şirkətlərin qlobal təşkilatıdır. KPMG International Limited (“KPMG International”) şirkətinə üzv şirkətlər “KPMG” brendi altında fəaliyyət göstərir və peşəkar xidmətlər təqdim edirlər. “KPMG” dedikdə, “KPMG” təşkilatı daxilində ayrı-ayrı üzv şirkətlər və ya bir yaxud kollektiv şəkildə bir neçə üzv şirkət nəzərdə tutulur. KPMG şirkətləri 142 ölkə və ərazidə fəaliyyət göstərir və bütün dünya üzrə üzv şirkətlərdə 275,000-dən çox partnyor və əməkdaş çalışır.
KPMG Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir və şirkətin ofisində 200-ə yaxın əməkdaş çalışır.