16 C
Baku
Wednesday, October 22, 2025

“Kraft Heinz” biznesini iki şirkətə ayırır

ABŞ-nin qida məhsulları və içkilər istehsalçısı “Kraft Heinz” əməliyyat fəaliyyətini optimallaşdırmaq məqsədilə biznesini iki şirkətə ayıracağını bəyan edib, bu barədə “Bloomberg” yazır.

Ayrılan şirkətlərdən biri souslar və hazır yeməkləri (məsələn, “Heinz” ketçupu və “Kraft” makaronu) özündə birləşdirəcək. Hazırda bu bölmənin dövriyyəsi 15.4 milyard dollar təşkil edir. İkinci bölmə isə “Oscar Mayer” hot-doqları və lanç-boks kimi ərzaq məhsullarının satışını həyata keçirəcək. Onun dövriyyəsi 10.4 milyard dollardır. Hələlik hər iki şirkətin adı müəyyənləşdirilməyib.

Qeyd olunub ki, son 12 ay ərzində “Kraft Heinz” səhmləri təxminən 21% ucuzlaşıb. Biznesin bölünməsi sayəsində şirkət səhmlərinin dəyərini bərpa edəcəyinə ümid edir.

Son xəbərlər
Digər xəbərlər