2019-cu ilin 30 iyun tarixində “Kraft Heinz” konsernin hazırkı baş direktoru Bernardo Hees vəzifəsindən ayrılacaq. İyulun 1-dən etibarən bu postu Miguel Patrizio tutacaq. konserninin baş direktoru vəzifəsindən ayrılacaq və 1 iyuldan yerini alacaq. Bundan öncə Miguel təxminən 20 il “Anheuser-Busch InBev” pivə istehsalı ilə məşğul olan şirkətində işləyib, 2012-ci ildən 2018-ci ilə qədər isə “Corona”, “Budweiser” və “Stella Artois” kimi brendlərin marketinq direktoru kimi fəaliyyət göstərmişdir.
Banker.az xəbər verir ki, 2019-cu ilin fevral ayında dördüncü rübün maliyyə hesabatından sonra, “Kraft Heinz” təxminən 15,4 milyard dolların zərərə silinməsi barədə məlumat vermişdir. Bununla yanaşı konsern 12,6 milyard dollarlıq itkilərə dair hesabat vermişdir. Qeyd edək ki, 2017-ci ildə şirkətin gəliri 11 milyard dollar təşkil edib. Ümumiyyətlə, “Kraft Heinz” səhmlərinin dəyəri 43% aşağı düşüb.
Səhmlər paketinin 27%-i Edward Buffett-in rəhbərlik etdiyi “Berkshire Hathaway” maliyyə fonduna məxsusdur. Fond şirkəti 2013-cü ildə, “3G Capital” ilə birlikdə 23,3 milyard dollara satın almışdır. 2015-ci ildə konsern “Kraft” şirkətini əldə edərək, birləşmə elan edir. Dörd illik bir müddətdə konsernin kapitallaşması 89 milyard dollardan 40,5 milyard dollara düşüb. Buffett şirkəti satmaq niyyətində olmadığını bildirib.