11 C
Baku
Wednesday, December 3, 2025

“Kraft Heinz”in səhmləri Uorren Baffetin tənqidindən sonra 7% ucuzlaşıb

“Kraft Heinz” şirkətinin səhmləri 7% dəyər itirib. Bu, milyarder Uorren Baffetin şirkətin iki müstəqil açıq səhmdar cəmiyyətinə bölünməsi qərarını tənqid etməsindən sonra baş verib.

“Forbes Real-Time” reytinqində doqquzuncu sırada yer alan, sərvəti 149.3 milyard dollar dəyərində qiymətləndirilən Baffet 2015-ci ildə “Kraft Foods” və “Heinz” şirkətlərinin birləşməsinin arxasında dayanmışdı. Şirkətin son qərarını şərh edən iş adamı CNBC-yə açıqlamasında bildirib ki, birləşmə parlaq ideya olmayıb, lakin o, bölünmənin də mövcud problemləri həll edəcəyini düşünmür.

Qeyd edək ki, Baffetin sahib olduğu “Berkshire Hathaway” holdinqi “Kraft Heinz”in ən böyük səhmdarıdır və şirkətin 27.5% səhm paketi ona məxsusdur.

Daha əvvəl verilən məlumata görə, “Kraft Heinz” əməliyyat fəaliyyətini optimallaşdırmaq məqsədilə biznesini iki şirkətə ayıracağını açıqlayıb. Son 12 ay ərzində “Kraft Heinz” səhmləri təxminən 21% ucuzlaşıb. Biznesin bölünməsi sayəsində şirkət səhmlərinin dəyərini bərpa edəcəyinə ümid edir.

Son xəbərlər
Digər xəbərlər