16 C
Baku
Saturday, October 5, 2024

Kral ailəsini saxlamaq Britaniyaya neçəyə başa gəlir?

Böyük Britaniyada kral ailəsinin ölkədəki vergi ödəyicilərinə 510 milyon funt sterlinqə başa gəldiyi iddia olunur.

Bunu “Republic” antimonarxiya kampaniyası qrupu açıqlayıb.

Bu rəqəm kral ailəsinin xərclərini maliyyələşdirən 86 milyon funt-sterlinqlik Suveren Qrantdan təxminən 6 dəfə çoxdur.

BBC-nin məlumatına görə, Suveren Qrant fondu kral ailəsinin personal, səyahət və məkanın təmiri kimi xərclərini qarşılayır, lakin təhlükəsizlik xərcləri bu fonddan çıxarılıb. Qrup isə deyir ki, təkcə təhlükəsizlik xərcləri 150 milyon funt sterlinqdir:

“Taca yarım milyard funt-sterlinq xərclədiyimiz halda, müavinətlərin kəsilməsindən necə danışa bilərik?”.

Qrup bunu dövlət pullarının israfı hesab edir. İctimai rəyi öyrənən “YouGov” şirkətinin məlumatına görə, monarxiyanı maliyyə faydaları baxımından müsbət görənlərin nisbəti yüzdə 55 faiz təşkil edir.

Kral ailəsinə müsbət baxanların nisbəti 59 faiza, mənfi fikirdə olanların nisbəti isə 32 faiz ətrafında olub.

Mənbəmodern.az
Son xəbərlər
Digər xəbərlər