5 C
Baku
Wednesday, February 21, 2024

Kraliça Elizabetin gəlini ABŞ prezidenti olmağa hazırlaşır

Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı, Sasseks hersoqinyası Meqan Markl ABŞ prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşır.

Bu barədə “The Mirror” xəbər yayıb.

Bildirilir ki, M.Markl “Oval kabinet”də oturmaq üçün mübarizəyə qoşulmağı ciddi şəkildə planlaşdırır.

Qeyd edək ki, Kraliça Elizabetin gəlini ABŞ-a qayıtmağı “taleyüklü qərar” adlandırıb.

Nəşrin məlumatına görə, hersoqinya dəfələrlə daha vacib işlərlə məşğul olmaq və dünyanı dəyişmək istəyini dilə gətirib.

“Mən öz səsimi cəmiyyətdə köklü dəyişikliklər üçün istifadə etmək istəyirəm və siyasi karyeranı da istisna etmirəm”, – deyə Markl bildirib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər