8 C
Baku
Thursday, December 12, 2024

Krallıq neft-qaz ehtiyatlarının artdığını açıqlayıb

Səudiyyə Ərəbistanının neft və təbii qaz ehtiyatları artıb.

Bu barədə Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb (Azərtac bildirir). Bildirilir ki, ölkənin təsdiq edilmiş neft ehtiyatları 268,5 milyard barrel və qaz ehtiyatları isə 325,1 trilyon kubfutdur.

Əvvəllər Səudiyyə Ərəbistanının milli neft şirkətinin “Saudi Aramco”nun neft ehtiyatlarının 260,8 milyard barrel və qaz ehtiyatlarının 302,3 trilyon kubfut olduğu açıqlanmışdı.

Nazirliyin məlumatına görə, təbii qaz ehtiyatlarındakı artım 8,56 trilyon kubmetrdən 9,2 trilyon kubmetrə yüksəlib.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib: “Son məlumatlar ölkənin neft-qaz ehtiyatlarının proqnozdan daha çox olduğunu göstərir”.

“Neft-qaz ehtiyatlarının çoxluğu ilə yanaşı, ölkədəki hər barrel neft 4 dollara çıxarılır və bu, dünyada ən ucuz hasil edilən xam neftdir”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, qarşıdakı 12 ildə ölkədə elektrik enerjisi istehsalı üçün istifadə edilən təbii qaz nisbəti 50 faizdən 70 faizə çatacaq.

Son xəbərlər
Digər xəbərlər