26 C
Baku
Wednesday, April 24, 2024

Krassulla – pul ağacı

Fen-şuy nəzəriyyəsinə görə krasulla (Crassula Ovata) və ya pul ağacının evə bərəkət gətirdiyi düşünülür. Krasullanın yarpaqları sikkə, gövdəsi isə ailə büdcəsini tərənnüm edir. Gövdə nə qədər qalın və çox şaxəlidirsə, maddi sərvətlərin cəlb edilməsi üçün təbii maqnit qüvvəsi bir o qədər güclü işləyir.

Fen-şuya görə pul ağacı zənginlik sektorunu aktivləşdirən əsas pul həmayülüdür. Bitkini maddi nemətlərin olduğu cənub-şərqdə yerləşdirmək məqsədəuyğundur. Krasulla pozitiv enerjini cəlb edib, maliyyə cəhətdən uğur gətirəcək. Arzu olunan nəticəyə çatmaq üçün gövdəyə qırmızı lent də bağlanılır.

Ağacla tez-tez ünsiyyət qurun, onunla məsləhətləşin, öz problemlərinizdən danışın, lakin şikayətlənməyin və həmişə əldə etdiyinizə şükür edin. Belə ki, krasulla neqativ enerjiyə qarşı çox həssasdır, mənfi emosiyalardan azad olmamışdan qabaq bitkinin yerləşdiyi məkana daxil olmamağa çalışın.

Bitkini düzgün əkmək üçün nə etmək lazımdır? Fen-şuy ustadları dost və ya tanışlarınızın pul ağacından xəlvətcə bir saplaq “oğurlamağı” məsləhət görür. Belə ki anonimlik ailə büdcəsinin artırılması üçün vacib şərtdir. Daha sonra bir neçə gün saplağı qurudun və yalnız bundan sonra onu gübrə və qum ilə birlikdə torpağa basdırın.

Dibçəyə qırmızı ipək lentə bağlanmış və ya qırmızı papirusa bükülmüş üç Çin sikkəsini (qəlb, ev, pul) qoymaq olar. Yeni gəlirləri cəlb etmək üçün hər altı aydan bir sikkələri axar suda yuyun. Çiçək aksesuarlarının bir çox satıcıları pul qabı olan xüsusi dibçəklər də təklif edirlər.

Pul ağacı ciddi qulluq tələb edir, belə ki yalnız sağlam bitki müsbət enerji yaya bilir. Krasullanı həftədə iki dəfə qidalandırıcı maddələrlə zəngin isti su ilə sulayın. Isti vaxtlarda axşamlar, qışda isə səhərlər həftədə bir dəfədən çox olmayaraq sulamaq daha yaxşı olardı.

Krasulla günəş şüalarını çox sevir, lakin həddi aşaraq, qızmar günəş altına qoymaq lazım deyil. Bitki kifayət qədər günəş işığı aldıqda onun yarpaqlarının kənarları qırmızı olacaq. Həddən çox işıqlandırma olduqda isə yarpaqlar tündləşir.

Torpağı hər altı aydan bir dəyişmək tövsiyə olunur, bu zaman ağac kömürü və ya kül əlavə etməniz yaxşı olardı. Drenaj təbəqəsi 4 sm-dən çox ola bilməz. Torpaq qatışığının üçdə bir hissəsini kiçik çınqıl dənələri təşkil etməlidir. Krasullanı yayda eyvana çıxarın. Yarpaqları nəm əsgi ilə silməyiniz məsləhət olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər