13 C
Baku
Friday, April 26, 2024

Kreativ bank dizaynı

Bank filialının öncül, texnoloji görünüşü və gündəlik həyatı daha az xatırlatması müştəridə həmişə xoş təəssürat oyadır.

Belə bir ofisə misal olaraq, Barwa Bank-ın Qatar filialını göstərmək olar.

Barwa Bank – Yaxın Şərqin ən inkişaf etmiş və innovativ banklarından biri olan universal bankdır (bütün bank xidmətləri). 2012-ci ildə Barwa Bank-ı Banker Middle East Industry Awards 2012 versiyasına görə “Yaxın Şərqin ən sürətli inkişaf edən bankı” adına layiq görülüb.

Bank 2008-ci ildə yaradılmışdı və artıq Qatar və Şarcda innovasiyalara istiqamətlənmiş müasir texnoloji bank kimi məşhurlaşa bilmişdir.

 “Gələcəyin ofisini” planlaşdırarkən əsas məsələ müasir, texnoloji, o cümlədən də komfortlu bank mühiti yaratmaq idi.

barwa

Bank filialının tərtibatı üzərində Crea International-dan olan  italyan dizaynerləri çalışırdılar, onlar bütün bank tələblərinə cavab verən futuristik layihə yaratdılar: ofisinin texnolojiliyi qismində müştərilər özünü moda butikindəki kimi komfortlu hiss edir.
Crea-ın baş meneceri Vivian Reqollinin fikrinə görə bank xəzinə ilə dolu sandığı xatırladır.

barwaMəkanın xarici görünüşündə əsas rolu böyük toxunma ekranları olan çoxfunksiyalı iş stansiyaları oynayır, onların sayəsində konsultantlar “şəffaflıq və kağızsız” xidməti təmin etmək üçün stol arxasında deyil, müştəri ilə yan-yana otururlar.

Məntiqi-struktur yanaşma dizaynerlərə bank konsepsiyası ilə yanaşı ölkənin mədəniyyətini təhlil etməyə imkan verdi.

Dizaynın əsasını həndəsi fiqurlarla uzlaşan, qum təpələri və barxanları simvolizə edən hamar xətlər təşkil edir. Açıq rəng qamması isə məkana sərinlik və təravət gətirir.

barwa

Əsas ilham mənbəyi kimi ofisin tavanını bəzəyən sirli səhra çiçəyində istifadə olunmuşdu. O, həm də bankın simvolu oldu.

Bank ofisinin tərtibatında bilərəkdən afişa, displey və digər reklam materiallarından istifadə olunmayıb. Layihənin müəllifləri hesab edirlər ki, bank dizaynının özü elə bankın üstünlüklərinin göstəricisidir.

Barwa Bank-ın digər ofis və bankomatları bir istiqamətdə üslublaşıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər