17 C
Baku
Monday, April 29, 2024

Kreativ rezume — insan özünü Amazon.com məhsulu kimi təqdim etdi

Əmək bazarında fərqlənmək və özünə diqqət cəlb etmək üçün Filippe Düböst (Philippe Dubost), veb-məhsulları üzrə menecer, öz saytında rezume yerləşdirib, amma o, bu məsləyə xüsusi kreativ yanaşıb. O, rezumeni Amazon.com saytının elanlar lövhəsi kimi düzəldib, bir sözlə Filippe özünü məhsul kimi satışa çıxarıb. 

http://phildub.com/

Elan yumor hissi ilə tərtib olunub – «dükanda məhsulun yalnız bir nüsxəsi qalıb, ona görə də hamınıza tələsməyi tövsiyə edirik. Məhsulun çatdırılması Parisdən, yəni Fransadan həyata keçiriləcək. Məhsulu hədiyyə kimi qablaşdırmaq da olar. Ölçüləri 186 santimetrdir».

İş axtaranlar nə edir? Onlar öz bacarıq, vaxt, təcrübə və şəxsi keyfiyyətlərini maksimal dərəcədə sərfəli şəkildə digər maddi dəyərlərə və həmçinin iş mühiti, yaxşı kollektiv, sosial müdafiə, minimal bürokratiya, karyera artımı imkanı və bəzən də evdən uzaq olmaq kimi amillərə dəyişmək imkanı verən iş axtarır. Mahiyyət etibarı ilə iş axtaranlar özlərini daha sərfəli şəkildə satmağa çalışır.

Satışlarda isə alıcının diqqətini hadisələr zəncirinin ilkin zənciri cəlb edir. Buna görə də iş axtaran şəxs qismində öz müştərilərin üçün olduqca maraqlı olmalısan.

Fileppe Düböstün kreativ rezumesi

filiphe

Filippennin rezumesi, Amazon.com-un onlayın-məhsulu kimi yerləşdirilib. O, özündə həmçinin müştərilərin “baxış sayını” və məhsulun beş ballıq sistemlə qiymətləndirilməsini, həmçinin adətən Filippe ilə bilikdə alınan məhsulları ¬– Asics-dən olan çəkmələr və təyyarə biletlərini də əks etdirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər