22 C
Baku
Wednesday, October 9, 2024

Kreativ vergi məmurları, yaxud absurd vergi tarixçələri

Xəzinəni doldurmaq arzusu məmurları vəətndaşlardan yeni vergi növlərinin alınması yollarını düşünməyə vadar edir. Bu səbəbdən də dünyanın istənilən nöqtəsində ən qəribə, bəəzn də absurd vergi növlərinə rast gəlmək mümkündür.

Dünyanın ən qəribə vergiləri reytinqinə ilk növbədə Venesiya rəhbərliyi başçılıq edir. Belə ki, 1993-cü ildə burada kölgə üçün vergi təyin edilir. Bəli, məhz kölgə üçün! Yaradıcı məmurlar belə qərara gəlirlər ki, əgər şəxsi mağazaların, kafelərin, restoranların, gözəllik salonlarının kölgəsi bələdiyyə torpağının üzərinə düşərsə, məkan sahibləri büdcəyə əlavə vergi ödəməlidirlər. Bəzi biznesmenlər bu əlavə xərcdən xilas olmaq üçün mağazalarına quraşdırılmış əlavə hissələri yığışdırmalı olur.

2007-ci ildə Belçikanın qəsəbələrindən birində də qəribə bir vergi növü təyin edilir. Yerli qüvvələr qlobal istiləşmə ilə mübarizə aparmaq qərarına gəlir və barbekü vergisi təyin edir. Alimlərin hesablamasına əsasən, barbekü zamanı hazırlanan hər bir yemək zamanı atmosferə müəyyən miqdarda karbon qazı atılır ki ki, bu da geniş miqyasda iqlimə təsir edir. Burada vergi müfəttişi rolunu isə daim səmada pərvaz edərək həyətləri müşahidə edən vertolyotlar oynayır.

Bir çox hallarda qəribə vergilər insan sağlamlığı ilə əlaqəli olur. Məhz bu səbəbdən Macarıstanda həddindən artıq duzlu və yaxud şirin qida məhsullarına vergi təyin edilir. Danimarkada isə həddindən artıq yağlı qidalara vergi təyin edilsə də, daha sonradan ləğv edilir.

Bir çox Avropa ölkələrində hökumət itlər üçün vergi təyin edib. Məbləğlər isə müxtəlifdir. İsveçrədə it saxlamağa görə ildə 50 avro ödəmək lazım gəldiyi halda, Almaniyada bu məbləğ 150-300 avro təşkil edir.

ABŞ-da bir sıra qəribə vergilərə ev sahibliyi edir. Beləliklə, Massaçusets ştatında nigah bağlanmasına görə vergi ödəyirlər. Arkanzas sakinləri isə hər bir tatu və pirsinqə görə vergi ödəyir.

Son xəbərlər
Digər xəbərlər