3 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Kredaqro” MMC-nin ümumi dəyəri 500 000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
28 dekabr 2022-ci il tarixində BOKT “Kredaqro” MMC-nin ümumi dəyəri 500 000 (beş yüz min) manat olan istiqrazları yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | Ticarətə buraxlma tarixi | İllik faiz dərəcəsi | Tədavül müddəti | Kupon faizlərinin ödəniş müddəti |
AZ2003009167 | Faizli təmin edilmiş sənədsiz adlı | 5,000
(ədəd) |
100 manat | 28.12.2022 | 11% | 18 ay | İldə 4 dəfə |