21 C
Baku
Wednesday, April 2, 2025

“Kredaqro” BOKT-un ötənilki maliyyə durumu bəlli oldu

“Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 112 083 manat xalis mənfəətlə başa vurub. 2023-cü ildə BOKT-un mənfəəti 87 478 manat olub ki, bu da illik müqayisədə 28% artım deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Kredaqro”nun faiz gəlirləri 1 milyon 881 min manat, faiz xərcləri isə 415 min manat olub. 2023-cü ildə isə BOKT-un faiz gəlirləri 1 milyon 466 min manat, faiz xərcləri 231 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Kredaqro”nun aktivləri 10 milyon 479 min manat olub ki, bu da illik müqayisədə 22.2% çoxdur. Bunun 6 milyon 914 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, illik müqayisədə BOKT-un kredit portfeli 29.5% böyüyüb.

Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 300 manatdır.

Son xəbərlər
Digər xəbərlər