14 C
Baku
Monday, May 6, 2024

“KredAqro” –nun istiqrazlarının emissiyası qeydə alınıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “KredAqro” QSC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.

Banker.az BFB-na istinadən xəbər verir ki, ümumi həcmi 3 000 000 manat olan emissiya çərçivəsində hər birinin nominal dəyəri 250 manat olan 12 000 ədəd istiqraz buraxılıb.
İstiqraz üzrə faiz dərəcəsi 14%, faiz ödəniş dövrünün müddəti 3 aydan bir, istiqrazların tədavül müddəti isə 2 il, müəyyən olunub.

Yerləşdirmənin anderrayteri “InvestAZ” MMC-dir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər