“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci ildə mənfəətə keçsə də, əvvəlki kimi gəlir əldə edə bilmir.
Banker.az xəbər verir ki, bu barədə “KredAqro” BOKT-nin illik audit hesabatında bildirilir.
Belə ki, 2022-ci ildə 1 mln. 109 min manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 76 min manat və ya 6% azdır. Bununla belə, kredit təşkilatının faiz xərcləri 248 min manatdan 77 min manata, qeyri-faiz xərcləri 3 mln. manatdan 2 mln. 177 min manata düşüb.
Beləliklə, hesabat müddətində 284 min manat xalis mənfəət əldə edib. 2021-ci ildə 1 mln. 439 min manat zərərlə bitirmişdi.
1 yanvar 2023-cü il tarixinə 2 mln. 865 min manat kapital balansında bölüşdürülməmiş mənfəət yaranıb.
BALANS
2022-ci il ərzində BOKT-nin aktivlərinin həcmi 7 mln. 621 min manatdan 8 milyon 821 min manata yüksəlib. Bu artımın əsas səbəbi kredit portfelinin 4 milyon 321 min manatdan 5 milyon 316 min manata yüksəlməsidir.
Bununla belə, BOKT kredit portfelini 2021-ci ilin əvvəlindəki rəqəmə qaytara bilməyib. Həmin ilin əvvəli 6 milyon 143 min manat kredit portfeli vardı.
Qeyd edək ki, KredAqro, 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. Şirktin təsisçisi Rusiya şirkəti – “AQROMOSTFİNANS”dir.