9 C
Baku
Monday, November 18, 2024

“Kredex” BOKT maliyyə vəziyyətini açıqlayıb

“Kredex” BOKT 2023-cü ili 723 min manat mənfəətlə başa vurub, vergidən əvvəl xalis mənfəət 906 min manat təşkil edib.

Banker.az bu barədə BOKT-ın audit hesabatına istinadən xəbər verir.

2023-cü ildə BOKT-ın faiz gəlirləri 1 973 min manat, faiz xərcləri 402 min manat, qeyri-faiz gəlirləri 94 min manat, qeyri-faiz xərcləri 740 min manat təşkil edib.

Ötən il BOKT-ın aktivləri 6 milyon 768 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 41% artımdır. BOKT-ın kredit portfeli 42% artaraq 6 milyon 629 min manat təşkil edib.

Xatırladaq ki, BOKT “Kredex” QSC 2013-cü ildə yaradılıb və nizamnamə kapitalı 300 min manatdır.

Son xəbərlər
Digər xəbərlər