7 C
Baku
Thursday, December 12, 2024

Kreditə görə daha bir intihar

Pirallahıda isə kredit borcunu verə bilməyən şəxs özünü asdı.

Bakıda 27 yaşlı oğlan intihara cəhd edib.

Banker.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində, 28 May küçəsində baş verib.

1989-cu il təvəllüdlü Vəlizadə Müşfiq Nazim oğlu bıçaqla qarnına xəsarətlər yetirib.

O, dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

M.Vəlizadənin yaxınları bildiriblər ki, o, maddi çətinliklər ucbatından həyatına qəsd edib.

Digər bir intihar hadisəsi isə Bakının Pirallahı rayonunda baş verib.

Haqqin.az saytının yazdığına görə, dünən saat 17:10 radələrində Pirallahı qəsəbəsində 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov intihar edib. O, özünü evin damından məftillə asıb.

İlkin araşdırma zamanı məlum olub ki, Salamovu bu addımı atmağa banklara böyük məbləğdə borcunun olması məcbur edib. O, borclarını qaytara bilmirmiş. Ölümündən əvvəl Salamov çoxlu miqdarda spirtli içki qəbul edib.

Son xəbərlər
Digər xəbərlər