13 C
Baku
Friday, November 22, 2024

Kredit amnistiyası və ya faiz hesablanması hansı hallarda dayandırılır?

Bildiyimiz kimi ölkə əhalisinin 50%-dən çoxu bank müştəriləridir. Və bu şəxslərin də daha çox hissəsi  bankın kredit müştəriləridir. Demək olar ki, artıq əhali üçün kredit əldə etmək onların həyat tərzinə çevrilib. Yəni  bir az maddi vəziyyəti gərginləşən kimi çox insanlar kredit üçün banka üz tuturlar.

Lakin kreditləri əldə etdiyimiz kimi, həmin krediti geri ödəmək də cavib nüanslardan biridir. Ancaq müşahidələr göstərir ki, krediti götürmək onun qaytarılacağına tam zəmanət vermir. Yəni bəzi hallarda insan işsiz, yaxud qəflətən xəstələnərək qazancsız qala bilər.

Bu zaman elə bir vəziyyət yaranır ki, əmələ gələn borcun qaytarılması problemə çevrilir.

Kredit əldə edən şəxs kredit ödəməklə bağlı çətinlik çəkirsə, xəstələnərsə, əlildirsə və s. hallarda nə etməli?

Bəs bu haqda qanun nə deyir, kredit borcunu geri qaytara bilmədiyiniz zaman nə baş verə bilər?

Ümumiyyətlə kredit  əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması qaydaları bankların maliyyə hesabatlarının hazırlanması üçün müəyyən edilir və müştərilərlə bağlanmış kredit müqavilələri şərtlərinin dəyişdirilməsinə, tənzimlənməsinə, dayandırılmasına və ya müştərilərdən faizlərin alınıb – alınmaması məsələlərinə təsir göstərmir.

Əgər aşağıdakı  hallar baş verərsə faizlərin hesablanması dayandırıla bilər.

Belə ki,  kreditlərin qaytarılma müddətindən asılı olmayaraq  faizlərin və yaxud əsas məbləğin ödənişi sizin kredit müqavilənizdə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə faizlərin hesablanması dayandırıla bilər. Yəni əgər vətəndaş 90 gün müddətində borcunu qaytarmırsa, faiz saxlanılır və kreditin yerdə qalan məbləği geri alınması üzərində iş gedir.

Habelə,  müqavilə ilə kreditin qaytarılma müddətindən asılı olmayaraq əldə etdiyiniz əsas məbləğin və yaxud faizləri tam ödəyə bilməməyinizin səbəblərinin müştərinin başına gələcək  təbii fəlakətlə, yanğınla və s. əlaqədar və ya hər hansı bir digər səbəbdən müflis elan olunduğu zaman  kredit üzrə tətbiq olunan faizlər dayandırıla bilər.

Bank öz müştərisinin kredit borcunu nə zaman bağışlaya bilər, yəni borc amnistiya oluna bilərmi?

Hazırda  ölkədə vaxtı keçmiş kreditlər, yəni bankların bağışladığı kreditlər 792,8 mln manat təşkil edib.

Ümumiyyətlə 12 ay (360 gün) və ya daha uzun müddətə ödənilməyən bütün kreditlər silinməlidir. Əgər kreditlər maksimum 30 gün müddətində 12 ay ödənilmədikdən sonra silinməyibsə, bunun səbəbi əsaslandırılmalıdır.

Son xəbərlər
Digər xəbərlər