Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Kredit İnzibatçılığı Şöbəsində Kredit inzibatçısı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Ümumi məlumat
Kredit Komitəsində müsbət rəy verilmiş kreditlərin rəsmiləşdirilməsi üçün müvafiq sənədləri hazırlayır və məlumatları bank əməliyyatları sistemində əks elətdirir.
Öhdəliklər
- Kredit dosyelərinin yoxlanılması;
- Kredit müqavilələrinin hazırlanması;
- Kreditlərin bank sistemində icrası;
- Sənəd toplusuna nəzarət etmək;
- Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.
Tələblər
- Ali iqtisadi təhsil;
- Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
- Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;
- MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
- Sahə üzrə 1 illik iş təcrübəsi.
Baş ofis – bitmə tarixi – 30.06.2018
Mövzu bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.