6 C
Baku
Sunday, December 15, 2024

Kredit bazarında nələr baş verir?

Bu il banklar üçün rahat başlamadı. Mərkəzi Bank tərəfindən verilən 2 qərar kreditləşmə bazarında öz təsirini göstərdi. Ekspertlərin fikrincə Mərkəzi bankın aylıq hesabatlarında aylıq kredit buraxılışında elədə azalma müşahidə olunmasada , faktiki banklar avtomobil bazarında demək olarki, kredit buraxılışı etməmişdirlər. İstehlak bazarında isə əvvəlkinə nisbətən kreditləşmə zəifləmişdir- çünki banka müraciət edənlərin bir qisminin nə əmək haqqı arayışı nə də bank hesabından çıxarış gətirmək imkanı yoxdur.

Mütəxəssislərin fikrincə, Mərkəzi bankın bu addımı artması bankların risklərə qarşı daha diqqətli olması, onların kreditləşmə templərini nisbətən ləngitmək idi. Qeyd edək ki, qiymətləndirmələrə görə Azərbaycan banklarının gecikmədə olan kredit portfelləri təxminən 1.3 mlrd. manatdır (rəsmi məlumatlara görə bu rəqəm təxminən 870 mln. manatdır) .

Bankların kreditləşmə tempi ilk növbədə daha bahalı kreditlər sayılan – ekspres kreditləşmədə oldu. Burada söhbət “tez” verilən  kreditlərdən gedir. Belə ki, ilkin mərhələdə bankdan kənar verilən kreditlərin məhdudlaşması,növbəti mərhələdə isə istehlak kreditlərinin ümumən iş yerindən arayışın və ya bank hesabından 6 aylıq çıxarışı tələb edilməsi ilə üzləşdilər. Bu bazarın aktiv iştirakçısı olan banklar üçün ölümcül olmasada ciddi zərbə hesab oluna bilər. Çünki bir çox banklar məhz bu kreditləşmənin hesabına aylıq kredit buraxılışını təmin edirdi.

Bu proseslərin fonunda bankların gəlirliliyini təmin etməsidə sual doğuran nüanslardandır. Banker.az mütəxəssislərinin verdiyi məlumata görə, bir çox banklar son illər ərzində gecikmədə olan portfelin həcmini artırmışdırlar  – bu isə öz növbəsində bankların gəlirlərinə maneçilik törədən punktdur. Bankın bu gecikmələrə görə iri həcmli ehtiyat yaramalı olurlar. Hazırki dövrdə isə kreditləşmədən gələn gəlirlər azalmaq trendi ilə inkişaf edir – və ehtiyat məsələsi bir çox bank üçün problemə çevrilə bilər.

Bankların məhdudlaşan kreditlərlə bağlı artıq həyata keçirdiyi marketinq xərcləridə diqqətdən yayınmamalıdır. Bankların xərclədiyi milyon manatlar demək olarki, havaya sovrulmuş oldu. Təbii ki, prosesin gedişatında bank imic reklamı qazandı – amma məhsulun satışı məhdudlaşandan sonra əvvəldən nəzərdə tutulmuş məhsul satışının həcminə banklar nail ola bilmədilər.

Bankların üzləşə biləcəyi potensial risklərdən biri saxta arayışlar və digər məsələlər ola bilər. Əvvəlki dövrdə normal kredit götürə bilən bəzi insanlar, indi bu imkandan məhrumdurlar. Həmin insanların kredit ehtiyacı ödənməyib – bank isə pul vermir? Bu tip adamların bir qismi mütləq çıxış yolu tapacaq – sadəcə hansı formada və bu özündə hansı riskləri özündə daşıyacağı haqqında sadəcə zaman məlumat verəcək.

Banker.az mütəxəssislərinin fikrincə yaxın dövrlərdə banklar aşağıdakı istiqamətlənməyə başlayacaqlar:

  • Banklar daha çox biznes kreditləri verməyə maraqlı olacaqlar.  Banklar əvvəldə biznes kreditləri verirdilər –sadəcə istehlak kreditləri məhdudlaşdıqdan sonra bu istiqamətə daha çox diqqət ayırmalı olacaqlar. Banker.az mütəxəssislərinin fikrində bu trend daxilində bankların regionlara genişlənməsi prosesi sürətlənəcək. Əlavə olaraq bizneslərə verilən orta kredit məbləğinin artması gözlənilir. Buda öz növbəsində digər riskləri – müştərilərin yüklənməsi məsələsini aktuallaşdıracaq. Çox gümanki, bu prosesin qarşısın almaq üçün müəyyən dövrdən sonra Mərkəzi Bank hansısa limiti tətbiq edəcək.

Biznes kreditlərinin dahada güclənməsi trendini təsdiq edən digər fakt, ölkə prezidentinin bu məsələ ilə bağlı ciddi iradları olmuşdur. Ola bilər dövlət səviyyəsində Mərkəzi bank vasitəsi ilə banklara biznes kreditlərini vermək üçün güzəştli kreditlər verilsin. Alternativ variant istehlak kreditləri bazarının Mərkəzi bank tərəfindən yenidən məhdudlaşdırılması dura bilərki – bu addımdan sonra banklar artıq özləri çıxılmaz vəziyyətdə qalıb biznes kreditlərinə meyl edəcəklər.

  • Bankların likvid vəsaitləri çoxalacaq. Bankların likvid vəsaitləri çoxaldıqda sonra əgər banklar yatırımı biznes kreditlərinə etmədikdə depozitlər üzrə faizlərin düşməsi gözlənilir.
  • 2014 ilin sonun  məcmu kapital bazasını yığa bilməyən banların işi dahada çətinləşəcək.
  • Ölkə səviyyəsində girovların qeydiyyatı prosesinin təkmilləşdirilməsi qaçılmazdır.
  • Vətəndaşların gəlirlilik səviyyəsini təsdiq edən sisteminin qurulması sürətlənməsi gözlənilir. Buna misal olaraq DSMF və ya Vergilər Nazirliyinin məlumatlar bazasına bankların baxma imkanı və ya USAİD köməkliyi ilə yaradılan reytinq agentliyinin iş arsenalına məhv bu imkanın əlavə edilməsi ola bilər.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.