9 C
Baku
Friday, December 13, 2024

Kredit bazarlarında yüksək qiymətlər: Təklifin yaratdığı tələb yoxsa riskli kredit məhsulları

Müəllif: Yusif Abdullayev, iqtisadçı

İqtisadiyyatda qiymətin tələb və təklif əsasında formalaşması hamıya bəllidir və hamı tərəfindən qəbul edilir. Bu model istər real sektor, istərsə də maliyyə sektoru üçün keçərlidir. Son illər gündəmdə olan əsas məsələlərdən biri kredit bazarlarında qiymətilərin, yəni kredit faizlərinin, xüsusən də istehlak kreditlərinin kifayət qədər yüksək olmasıdır. Nəzərə almaq lazımdır ki, qiymətin formalaşmasında təklif olunan əmtəə və xidmətin maya dəyəri əhəmiyyətl rol oynayır. Təklifin formalaşması üçün mütləq şərtlərdən biri iqtisadi fəaliyyətin səmərəliliyidir.

Qiymətin formalaşmasında, daha doğrusu onun maya dəyərində bir çox amillər çıxış edir. Sadə araşdırma aparmaq üçün bu amilləri üç qrupa bölək və bu qruplar üzrə təhlil edək:

C=A+İ+R

Burada C (cost) məhsulun maya dəyəridir. Sahibkar məhsulun maya dəyərini üzərinə qazanmaq istədiyi məbləği əlavə edir və məhsul üçün qiymət müəyyən edir. Sahibkarın qazanmaq istədiyi məbləğ orta bazar qiymətlərin ilə korelyasiyada olur.

A (administrative expenses) inzibati xərclərdir. Bura işçilərin əmək haqqından tutmuş ofis icarəsi kimi, dəftərxana xərcləri və s. aiddir.

İ (interest of fund) kredit kimi təklif olunan məbləğin bazardan alınma qiyməti, faizidir. Azərbaycanda əsasən iki mənbə mövcuddur: (i) əhalini depozitləri və (ii) xarici mənbələrdən, investisiya təşkilatları və digər banklardan alınan kreditlər.

R (risk) ehtimal olunan zərər üzrə ehtiyyatdır. Bu mərkəzi bankın prudensial normativlərinə görə yaradılan ehtiyyatlardan daha çox olur. Təklif olunan məhsul nə qədər risklidirsə bu göstərici də o qədər böyük olur. Bu göstəricini risk iştahı ilə də əlaqələndirmək olar. Banklar riskli kreditlər təklif etdiyi üçün gələcəkdə ehtimal olunan riskləri konpensasiya etmək üçün qiymətləri, yəni faizləri yüksək müəyyən etməlidirlər.

2008-ci maliyyə böhranından sonra bir çox banklar fəaliyyət istiqamətlərində dəyişiklik etməyə başladılar. Korporativ bankçılıq sahəsində olan fəaliyyətilərini azaldaraq fərdi bankçılığa müraciət etdilər. Bu proses başlananda təxmin etmək olardı ki, təklif artdığı üçün qiymətlərdə azalma olacaq və kredit faizləri aşağı düşəcək. Yəni sadə tələb və təklif modeli işə düşəcək, təklif artdığı üçün qiymətlər aşağı düşəcək. Lakin hamının şahidi olduğu kimi bu baş vermədir. Bəs nə baş verdir? Banklar və kredit təşkilatları rəqabəti qiymət üzərində aparmadılar. Əsas rəqabət kredit şərtlərini sadələşdilməsi üzərində aparıldı. Fərdi bankçılıq bazarına yeni girən bank bazarda olan istehlak kreditləri alıcılarına deyil, həmin ana kimi bank xidmətlərindən istifadə etməyən kütləyə xitab etməyə başladılar. Banklar kreditləri tələbatı olan və kredit riskini daşımağa qadir kütləyə əvəzinə, daha geniş kütləyə istiqamətləndilər. Tələb təklifi formalaşdırdığı kimi təkliflə tələb də formalaşdırıla bilir. Məhşur fransız iqtisadçısı Jan Batis Seyin şərəfinə adlandırılan Sey qanununda belə də deyilir. “Hər bir əmtəə təklifi öz  tələbini yaradır”. Nəticədə bank xidmətlərinə müraciət edən şəxslərin sayı və bununla da tələb artdı. Tələbin artma səbəbi isə ondan ibarət idi ki, əvvəllər riskli hesab edilərək kreditləşdirilməyən şəxslərə istehlak kreditləri təklif olunmağa başladı. 2009-cu ilə kimi iş yerindən arayış olmadan kreditlər demək olar ki, təklif olunmurdu. Söhbət gedən proses başlanandan sonra hesabdan çıxarış vasitəsilə, daha sonra kart hesabından ATM çıxarışı vasitəsilə, daha sonra tək iş vəsiqəsi ilə gəlirlərin təsdiqi banklar tərəfindən qəbul olunmağa başladı. Bunun ardınca təminat şərtləri yumşaldılmağa,  zaminsiz kreditlərlər, tək şəxsiyyət vəsiqəsi ilə verilən kreditlər və s. kimi yumşaldılmış şərtlərlə kreditlər verilirdi. Təkliflər əlavə tələblər yaratdı və qiymətlərdə olan dəyişikliklər gözlənilən olmadı. Əlavə tələb qiymətlərə artan istiqamətdə təkan verdiyi kimi bu bu tələbin yaradılması üçün üçün tətbiq olunan riskli məhsul və alətlər də yuxarıda təsvir olunan formuladakı risk amilini (R) artırdı. Tələblə yanaşı məhsulun maya dəyəri də artdığı üçün bu sektora yeni iştirakçıların daxil olmasına, təklifin artmasına rəğmən qiymətlər dəyişmədi yaxud nəzərəçarppmayacaq dərəcədə dəyişdi.

Aşağıdakı diaqramlara diqqət yetirdikdə görürük ki, məhz 2009-cu ildən başlarayaq ümumi bank bazarında istehlak kreditlərinin payı sürətlə artmağa başlamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına əsasən hal-hazırda bu rəqəm 41% ətrafındadı.

Capture44

Qiymətin formalaşmasında kredit kimi təklif olunan məbləğin bazardan alınma qiyməti də əhəmiyyətli rol oynayır. Bu göstəricinin qiymətində ciddi bir dəyişiklik müşahidə edilməmişdir. Son illər bu rəqəmin azalma tempi kredit faizlərinin əhəmiyyətli azalması üçün kifayət etməmişdir. Bu amili bir az daha yaxşı başa düşmək üçün Azərbaycan bank bazarında fəaliyyət göstərən xarici bankların işinə baxmaq lazımdı. Niyə görə xarici bankların? Çünki onlar üçün vəsait daha ucuzdur. Bunun da əsas səbəbləri digər ölkələrdən ucuz cəlb edə bildikləri vəsaitlərlə yanaşı beynəlxalq investisiya təşkilatlardan və banklardan yerli bazar iştirakçıları ilə müqayisədə daha ucuz qiymətə vəsait cəlb etmək  imkanlarının olmasıdır. Həmin bankların istər fərdi, istərsə də korporativ kreditlərinə baxdıqda faizlərin qat-qat aşağı olduğunu görürük. Həmçinin onların təkif etdikləri kreditlər daha təminatlı olur və buna görə də itirmə ehtimalları, dolayısı danışdığımız formulada olan risk (R) faktoru aşağıdır. Ümumiyyətlə xarici bankların risklərin idarə olunmasına yanaşması bizim sektorla müqayisədə daha proqressiv olduğunu qəbul etməliyik. Bu mərhələyə onlar inteqrasiya olunmuş bazarlarda uzun müddətli təcrübə, müxtəlif iqtisadi sistemlər, böhranlar yaşayaraq qədəm qoymuşlar. Bu bankların risk yanaşması bizim bank sektoru  üçün təbii ki gözəl təcrübə mənbəyi ola bilər. Lakin bu banklar bazarın hərəkətverici qüvvəsi deyil. Saylarının az olması ilə yanaşı, riskli bazarda ehtiyyatlı mövqe tutmaları onları bu statusdan azad edir.

Bu danışılanlarla yanaşı digər bir məsələyə də diqqət yetirmək lazımdı. Mərkəzi Bankın məlumatına görə cəmi 17.3 milyard manat kredit qoyuluşundan 7.1 milyard  manatı ev təsərüfatlarına kredit qoyuluşudu. Dolayısı bank sektorunda olan kreditlərin 41%-i istehlak kreditləridi. Sənaye və istehsal sektoruna kredit qoyuluşu 2 milyard manat olduğu halda istehlak kreditlərinin 7.1 milyard olması iqtisadiyyat üçün ürək açan göstərici sayıla bilməz. Əgər bir tərəfdən istehlak kreditlərinin faizlərinin yüksək olmasından danışırıqsa, bu məsələni problem kimi qoyuruqsa, istehlak kreditlərinin faizlərinin aşağı salınması fonunda nə baş verəcək. Normal iqtisadi məntiqə görə qiymətlər düşdükcə tələbin artması, yəni ev təsərüfatlarına kredit qoyuluşunun çoxalması baş verəcəkdir.

Bu effektin baş verməməsi üçün iqtisadi alətlərlə yanaşı inzibati alətlər də istifadə olunmalıdır. Mərkəzi Bank bu ilin əvvəlindən bu tədbirlərə start verib. Yuxarıdakı diaqrama fikir verdikdə bu tədbirlər nəticəsində ev təssərüfatlarına verilən kreditləri artım tempinin 2014-cü ildə əhəməiyyətli dərəcədə azalmasını müşahidə edirik. əvvəlki illərdə bu temp 3-5% təşkil edirdisə, 2014-cü ildə istehlak kreditlərinin sektor üzrə ümumi kredit portfelində artım tempi cəmi 0,5% təşkil etmişdir. Göründüyü kimi bu tədbirlərin daha sərtləşdirilməsinə ehtiyac var. Bu proseslə yanaşı xarici bankların sayının artırılması ilə onların bazar payının artırılması, onların bazar fəlsəfəsinin sektora təlqin edilməsi də bu prosesə müəyyən dəstək ola bilər.

Son xəbərlər
Digər xəbərlər