6 C
Baku
Tuesday, February 27, 2024

Kredit borcu ilə əlaqədar daha bir iş adamı həbs edildi

“General Construction” şirkətlər qrupuna daxil olan MMC-lərdən birinin direktoru dələduzluqda təqsirləndirilir 

 Azərbaycan Beynəlxalq Bankından götürülən külli miqdarda vaxtı keçmiş kredit borcu ilə əlaqədar daha bir iş adamı həbs edilib.

APA-nın məlumatına görə, “General Construction” şirkətlər qrupuna daxil olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Onun barəsində məhkəmədə həbs-qətimkan tədbiri seçilib.

C. Həsənovun hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir.

Son xəbərlər
Digər xəbərlər