Kredit borcu olan şəxslərin hansı əmlakları müsadirə oluna bilməz?

0

Vətəndaş bankdan kredit götürüb, daha sonra əmlakını, işini itirib və banka olan borcunu qaytara bilmir. Bu halda bank həmin şəxsə qarşı hansı tədbirləri görə bilər? Əgər bank vətəndaşı məhkəməyə verərsə, həmin şəxs inzibati qaydada həbs edilə bilərmi? BakuTv mövzunu araşdırıb.

Ramil Mirzəyev iki il əvvəl istehlak krediti götürüb. Sonradan borcunu ödəsə də, bu müddət  ərzində icra məmurları onu həbs, ölkədən çıxışına qadağa qoyulması və evinin əlindən alınması ilə hədələyib.

Məsələyə münasibət bildirən hüquqşünas Əkrəm Həsənov bildirir ki, əgər fiziki şəxsin əmlakı və borcu ödəməyə imkanı yoxdursa qanunla borc tam və ya qismən silinməlidir.

Borcu olan şəxsin yalnız bir mülkü varsa nə həmin ev nə də əşyaları müsadirə oluna bilər.

“Praktikada amma bu belə deyil. Əgər vətəndaş borcu qəsdən ödəmirsə, bu halda ölkədən çıxışına qadağa qoyula bilər. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə borcu əgər üzürsüz səbəbdən ödəmirsə onda həbs edilə bilər. Ancaq borclunun imkanı yoxdursa həbs qərarı verilə bilməz. İcra məmurları insanları həbslə hədələyir ki, tutma yönəldilə bilməyən əmlakı məcbur qalıb satsın”.

Qeyd edək ki, bu gün kredit borcu olan 2 milyon 714 min 572 nəfər şəxs var. Ötən illə müqayisədə  bu rəqəm 150 minə yaxın artıb.

©BAKU.WS