14 C
Baku
Friday, November 22, 2024

Kredit çiyni (həddi) nədir ?

Kredit çiyni (həddi və ya dəstəyi) ticarət – vasitəçi şirkətlərin tətbiq etdiyi və FOREX əməliyyatlarında yatırım investisiyasından dəfələrlə artıq həcmdə ticarət əməliyyatlarının icrasına imkan yaradan sistemdir. Kredit çiyni (kredit dəstəyi ) FOREX bazarında kiçik yatırımlarla daha böyük ticarət əməliyyatlarını icra etməyimizə şərait yaradan bir vasitə olmaqla yanaşı, yüksək risk dərəcəsinə malik olması səbəbilə əməliyyatların icrası zamanı düzgün risk idarəsi strategiyamızı da inkişaf etdirməyimizi zəruri edir.

Kredit çiyninin (dəstəyinin) səviyyəsi artdıqca həm qazanc, həm də risk artdığından kredit çiyni (dəstəyi) ilə əməliyyatlar fərqli bir risk yanaşması tələb edir. Əməliyyat həcmi ilə əsas yatırım həcmi arasındakı mütənasib fərq investorun mütləq qaydada diqqət önündə saxlamalı olduğu bir ünsürdür.

Qeyd kimi qeyd edək ki, Azərbaycanda forex bazarında Azərbaycan Mərkəzi Bankı tərəfindən tənzimlənməsinə icazə verilən maksimal kredit çiyni məsələn valyuta cütlükləri üçün 1:50-dir.

Ümumilikdə AMB-nin qaydaları belədir:

  • Azərbaycanda fərq müqavilələri ilə marja ticarətində müştəri hesabının açılması üçün lazım olan vəsaitin minimum məbləği investisiya şirkəti tərəfindən müəyyən edilir.
  • İnvestisiya şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə (institusional və peşəkar investorlar istisna olmaqla) təqdim etdiyi maksimum kredit həddi aşağıdakı qaydada müəyyən edilir:
    • baza aktivi əsas valyuta cütlükləri olan fərq müqavilələri üzrə 50:1;
    • baza aktivi digər valyuta cütlükləri, qızıl və indekslər olan fərq müqavilələri üzrə 20:1;
    • baza aktivi əmtəə (qızıl istisna) və səhm olan fərq müqavilələri üzrə 10:1;
    • baza aktivi kriptovalyuta (rəqəmsal valyuta) olan fərq müqavilələri üzrə 2:1.

FOREX bazarında kredit çiyninin (dəstəyinin) özəllikləri aşağıdakı kimi sıralana bilər:

İnvestor kredit çiynindən (dəstəyindən) istifadə üçün hər hansı bir xərcə məruz qalmaz

Maksimum kredit çiyni (dəstəyi) nisbəti vasitəçi qurumların tətbiqlərinə bağlı olaraq, bəzi maliyyə alətlərində fərqlilik yarada bilər.

Kredit çiyni (dəstəyi) nisbəti endikcə təminat nisbəti artar

Kredit çiyni (dəstəyi) nisbəti investora kapitalından dəfələrlə çox həcmdə əməliyyatı icra etmək imkanı təqdim edər

FOREX bazarında tətbiq olunan Kredit çiyni (dəstəyi) ilə ticarət sistemi həm böyük investorlar, həm də kiçik investisiya həcmi ilə çalışan investorlar üçün üstünlüklər yaradar. Digər yatırım bazarlarında yatırım imkanları bu qədər asan deyildir

İnvestor Kredit çiyni (dəstəyi) üstünlüyü sayəsində kiçik təminatlarla böyük ticarət əməliyyatlarını icra etmək şansına malik olur

İcra olunan ticarət əməliyyatının nəticəsində müştəri zərərə uğrasa belə, cəmi zərər təminat miqdarından çıxılır. Ticarət əməliyyatından gəlir qazanılmışsa, cəmi gəlir müştəri hesabına köçürülər

Təminat miqdarı seçilmiş Kredit çiyni (dəstəyi) nisbəti və lot miqdarı ilə yaxından əlaqəlidir

Kredit çiyni (dəstəyi) nisbətinin artması lazımi təminat miqdarını azaltsa da, risk nisbətini artırar.

Mənbə: Banker.az və İnvestaz

Son xəbərlər
Digər xəbərlər