18 C
Baku
Thursday, May 16, 2024

Kredit dələduzları yaxalandı: onlar bir ailənin üzvləridir

Uzun illərdir ki, banklara kələk gələn mütəşəkkil dəstə saxlanılıb. İki gün öncə həbs olunan dəstə üzvlərinin 3-ü bir ailənin üzvləridir.

Dəstəyə başçılıq edən Gülxanım Əhmədova, onun atası və qardaşı saxlanılıblar. Uzun illər saxta sənədlər düzəldərək banklardan külli miqdarda kredit götürən və bunun nəticəsində banklara problem yaşadan dəstə üzvlərini sonda məsuliyyətə cəlb etmək mümkün olub. Dəstə üzvləri əvvəlcədən planlaşdırılmış şəkildə mağazalardan mebel, məişət və elektrotexnika avadanlıqlarını kreditə alıb, sonra isə ucuz qiymətə satmaqla məşğul olublar. Nəticədə kreditə götürülən avadanlıqların pulunu ödəməyiblər.

Bankların əməkdaşları bununla bağlı araşdırmalar aparıblar. Məlum olub ki, kredit götürən zaman onlar özləri saxta sənəd hazırlayaraq banklara saxta arayışlar təqdim edirlər. Bu cür dəstələrdən birini bu yola istiqamətləndirən Əhmədova Gülxanım Pəhləvan qızı adlı vətəndaşdır. O, əvvəllər də bu cür əməllərinə görə, məsuliyyətə cəlb olunaraq məhkum edilib.

Qanunda boşluq olduğundan sadə vətəndaşlar da banklardan istehlak kreditləri götürərək məbləği geri qaytarmadıqda onlara heç bir cəza verilməməsi analoji hadisələrin sayını artırır. Belə ki, kredit borcu olanlar kreditin mülki məsələ olduğunu düşünərək onlara qarşı ciddi addım atılmayacağını zənn edirlər. Mülki məsələnin yalnız məhkəmə yolu ilə həll etməyin mümkünlüyünü anlayan sadə vətəndaşlar da məhkəmənin kreditə görə kimsəni həbs etmədiyini də yaxşı bilirlər. Ona görə də istədikləri bankdan istehlak krediti götürərək aldığı məbləği geri ödəmək istəmirlər. Lakin sözügedən mütəşəkkil dəstə üzvlərinin saxlanılması kredit borcu olanlara da dərs olub. Bundan sonra banklardan istehlak kreditləri götürərək məbləği geri qaytarmayan sadə vətəndaşlar da cəzalandırılacaqlar.

virtualaz.org

Son xəbərlər
 ⁠
Digər xəbərlər