Kredit Departamentinin mütəxəssisi
Namizədlər üçün irəli sürülən tələblər:
- İqtisadiyyat üzrə ali təhsil
- Kredit sahəsində ən azı 1 il iş stajı
- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
- İngilis və rus dillərini yaxşı səviyyədə bilmək
- Analitik təhlil bacarığı
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Vəzifə öhdəlikləri:
- kreditin və girovun qanunvericiliyə, bankdaxili siyasət və qaydaların tələblərinə uyğun sənədləşməsini həyata keçirir.
- bank proqramında və digər proqram vasitələrində kreditləşmə əməliyyatlarının əks olunmasını təmin edir.
- kredit qovluqlarının aparılması və etibarlı saxlanmasını təşkil edir.
- kreditləşmə ilə əlaqədar sığorta müqavilələrinin müddətlərinə nəzarəti təşkil edir.
- rəhbərliyə lazımi məlumatların hazırlanıb təhvil verir
Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin CV formasını doldurub [email protected] ünvanına göndərəsiniz və ya ONLAYN CV doldurasınız.
CV-ni göndərərkən email-ın mövzu hissəsində vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.