DəmirBank” ASC Beyləqan filialı üzrə “Kredit eksperti” (Biznes kreditləri üzrə) vəzifəsinə işəqəbul elan edir.
26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
• Bankın kredit məhsullarını təbliğ etmək və banka müştəriləri cəlb etmək;
• Biznes təhlilini aparmaq;
• Birbaşa marketinq funksiyasını həyata keçirmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
• Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
• Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
• Fəaliyyətinə dair hesabatlar vermək.
Namizədə qarşı tələblər:
• Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
• Analitik təhlil qabiliyyətinə malik olmaq;
• Satış qabiliyyətinə malik olmaq;
• Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 iyul 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beyləqan filialı üzrə Kredit eksperti” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.