3 C
Baku
Saturday, February 24, 2024

Kredit Evi QSC uşaqlara sevinc bəxş etdi

®Müxtəlif sosial-mədəni layihələr icra etməklə korporativ sosial məsuliyyət fəaliyyətini həyata keçirən “Kredit Evi” Qapalı Səhmdar Cəmiyyəti bu dəfə uşaq sığınacağında məskunlaşan uşaqları sevindirib.

Belə ki, Xəzər rayon Binə qəsəbəsində yerləşən Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa edilən “Ümid yeri” uşaq sığınacağında uşaqlar üçün bayram şənliyi təşkil edilib. Ərzaq, gigiyenik vasitələr və hədiyyələr şirkət əməkdaşları tərəfindən sığınacağa və balaca dostlara təqdim edilib.

“Kredit Evi QSC”  gələcəyimiz olan uşaqların  ehtiyaclarının qarşılamaq və üzlərində təbəssüm yaratmaq məqsədilə sosial aksiyalarını davam etdirəcək.

Nəzərinizə çatdıraq ki, “Kredit Evi QSC” 2017-ci ildən fəaliyyətə başlamış və hazırda, ölkə üzrə 29 filialı ilə vətəndaşlara maliyyə xidmətləri göstərir.

Son xəbərlər
Digər xəbərlər