24 C
Baku
Wednesday, May 29, 2024

Kredit faizinə qarşı mübarizə

Pulu faizə verənlər cəmiyyətdə heç vaxt məşhur deyildilər. Buna qarşı ilk döyüşçülərdən biri də kilsə idi.

Kahinlərin faizləri qınamaq üçün əsas mənbəy İncil idi. Lukanın Evanqeliyasında yazılmışdır: “Borc verib, heç bir şey gözləməyin …” (VI, 35). Bu, borc verənin nə faizlərinin, nə də əsas məbləğin qaytarılmasını tələb etməməsi deməkdir.

Buna qədim yunan mütəfəkkiri olan Aristotelin fəlsəfəsinin fikirləridə əlavə edildi (orta əsrlərdə  kilsə Aristotelin fəlsəfəsini xristianlıq ilə birləşdirməyə çalışırdı). Aristotelə görə, faiz qeyri-təbii gəlir mənbəyidir, çünki “puldan pul doğulmur”.

Bundan başqa, kilsə faizin qeyri-təbii bir sıra rasional sübutlarını tapmağa çalışdı. Arqumentlərdən biri, məsələn,növbətidir: kreditora borc  müəyyən bir müddət sonra qaytarıldığına görə, faiz vaxt üçün ödəniş hesab edilir, vaxtı isə satmaq olmaz, çünki o Allaha məxsusdur.

Gücündən istifadə edərək, kilsə “yuxarıdan” faizi bitirməyə çalışırdi. 1179-cu ildə Papa Aleksandr III şəhidlikdən məhrum olmaq qarşısında faizi qadağan edir. 1274-cü ildə Papa Qreqori X daha ciddi bir cəza tətbiq etdi- dövlətdən qovmaq cəzası. 1311-ci ildə Papa Klement V cəza olaraq məsuliyyətə cəlb etmək haqqında qərar qəbul etmişdir.

Orta əsrlərin sonlarında dövlət hər hansı bir kredit formasına qarşı mübarizəni dayandırdı və faiz dərəcəsini düzəldərək sələmin qarşısını almaq üçün çalışırdı. 1545-ci ildə İngiltərədə maksimum illik faiz dərəcəsi 10% elan edildi. 1624-cü ildə 8% -ə, 1652-də isə 6% -ə enmişdir. Digər ölkələr də oxşar şəkildə hərəkət etdi. Məsələn, 1640-cı ildə Hollandiyada maksimum faiz dərəcəsi 5% -dən çox deyildi, Fransada 1601-ci ildə maksimum faiz 6% səviyyəsində müəyyən edilmişdir. Rusiyada belə bir qanun 1754-cü ildə tətbiq olundu və maksimum illik faiz 6% -ə bərabər idi.

XVIII əsrdə faizin  qadağasına qarşı etiraz dalğası ictimaiyyətin fikrini tədricən məhv etməyə başlayır  və XIX əsrdə demək olar ki, hər yerdə faizin yüksəkliyi üzərində nəzarət ləğv edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər