25 C
Baku
Saturday, July 27, 2024

Kredit faizləri yüksəldi

1 Fevral 2015-ci il tarixində, ölkədə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi nisbətən aşağı düşüb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, kreditlər üzrə orta faiz dərəcəsi manatla 13,71%, xarici valyuta ilə isə 14,28% təşkil edib.

Qeyd edək ki, ötən ay verilmiş kreditlər üzrə orta faiz dərəcəsində azalma müşahidə olunmuşdur. Hazırda isə kreditlər üzrə faiz dərəcəsində azalma manatla verilən kreditlərdə qeydə alınıb.

Ümumi kreditlər üzrə faiz dərəcəsində azalma müşahidə olunmasına baxmayaraq, fiziki şəxslər üzrə verilən kreditlərdə artım qeydə alınıb.

Həmçinin, fiziki şəxslər üzrə isə manatla 18,53%-dən 18,59%-ə, xarici valyuta ilə isə 21,52%-dən 22,27%-ə yüksəlib. Hüquqi şəxslər üzrə verilmiş kreditlərin orta faiz dərəcəsi manatla 9,74%, xarici valyuta ilə 9,22%, təşkil edib.

Son xəbərlər
Digər xəbərlər