12 C
Baku
Monday, November 18, 2024

“Kredit faizləri aşağı salınsa, sahibkar özünü inkişaf etdirəcək”

“Azərbaycanda inflyasiya rəsmi qaydada 12,5 faiz nəzərdə tutulsa da, bazarda olan qiymətlərin sürətlə artımı onu göstərir ki, bu rəqəmlər də sabit olaraq səsləndirilməyəcək, ciddi dəyişikliklər olacaq. 

Bunu Milli Məclisdə çxışı zamanı deputat Fazil Mustafa bildirib

O, həmçinin Azərbaycanda sahibkarlıq sahəsində olan problemlərə diqqət çəkib: “Büdcədə tövsiyə olunur ki, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi üçün 163 milyon manat, bölgədə isə bir milyon manat vəsait ayrılıb. Fikrimcə, sahibkarlığın inkişafı üçün heç bir vəsait ayırmaq lazım deyil. Sadəcə maneələri aradan qaldırmaq lazımdır. Bu istiqmətdə yoxlamalar dayandırılıb, amma Azərbaycanda qeyri-rəsmi olaraq sahibkarların fəaliyyətinə maneə olan kifayət qədər çox elementlər var. Bunun da başında inhisarçılıq gəlir”.

O, həmçinin qeyd edib ki, bank kreditlərinin faizləri aşağı salınsa, sahibkar özü-özünü istənilən səviyyədə inkişaf etdirəcək.

Son xəbərlər
Digər xəbərlər