9 C
Baku
Friday, December 13, 2024

Kredit faizləri nə qədər endirilib? – Açıqlama

Bir müddət əvvəl Mərkəzi Bankın sədri kredit faizlərinin azaldılması ilə bağlı banklara müraciət etmişdi. Ancaq heç də bütün banklar bu istiqamətdə addım atmayıb. Güzəşt tətbiq edən banklarda isə faizlərin cüzi azalması müşahidə olunur.Mütəxəssislər prosesi sürətləndirmək üçün Mərkəzi Bankın daha qətiyyətli addım atmasını tövsiyyə edirlər.

Ötən aydan etibarən dollarla kredit götürənlərin banklara borcu 30 faizə yaxın artıb.Bu borc yükünün azaldılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü. Ancaq gəlirlərini itirmək istəməyən əksər banklar geri addım atmadı.Nəhayət Mərkəzi Bankın sədri Milli Məclisdən müraciət edərək faizlərin aşağı salınmasını təklif etdi. Bundan sonra qismən dəyişiklik müşahidə edilsə də, bu, kütləvi xarakter daşımır.

Faizlər endirilsə də, problem tam həllini tapmayıb. Çünki güzəştlər olduqda azdır.

Mütəxəssislər hesab edir ki, Mərkəzi Bankın kommersiya banklarına müraciəti şifahi yox, yazılı olmalıdır. Rəsmi formada banklara ya tapşırıq, ya da tövsiyyə məktubu ünvanlanmalıdır ki, xarici valyutada götürülən kreditlərin faizləri aşağı salınsın. Burada təkcə faizlərin azaldılması deyil, həm də güzəştlərlə bağlı interval da müəyyənləşdirilə bilər.

Xəzər Xəbər

Son xəbərlər
Digər xəbərlər