11 C
Baku
Monday, November 25, 2024

Kredit götürən şəxsi necə aldada bilərlər?

Əslində banklarda heç kim müştəriləri aldatmır. Əks halda borcalan kredit təşkilatını məhkəməyə verərək öz pulu ilə yanaşı üstəlik də kompensasiya ala bilər. Buna görə də banklar daha hiyləgər vasitələrə əl atırlar. Bəzi xüsusi vasitələrdən istifadə edərək bank elə bir vəziyyət yaradır ki, borcalan özü aldanır, bank isə günahsız görünür. Qısası öz pulunuzu qoruyaraq artıq xərclərdən uzaq olmaq üçün hüquqi təhsilə sahib olmaq və yaxud bank sirrlərini dərinliyinə qədər bilmək vacib deyil. Bir qayda olaraq, bütün banklar borcalanların fikirlərində dolaşıqlıq yaradan eyni üsullardan istifadə edirlər.

Bu üsullardan biri reklamdır. Tez-tez banklar öz reklamlarında çox əlverişli faiz dərəcələri təklif edirlər. Bundan daha vacibi isə odur ki, bu reklam materiallarında bu faiz dərəcələri ən xırda şriftlə qeyd olunur. Adətən belə hallarda reklam materiallarında aylıq faiz dərəcələri göstərilir ki, bunlar da özlüyündə illik faiz dərəcəsindən 12 dəfə az olacaq. Nəticədə də elə alınacaq ki, guya bu bankdakı faiz dərəcəsi digər kredit təşkilatlarından yüksək olacaq.

Borcalanı aldatmağın geniş yayılmış digər bir üsulu da faiz dərəcələrinin artırılmasıdır. Praktiki olaraq hər bir borcalan təxmini bilir ki, bankın birtərəfli faiz dərəcəsini artırmaq hüququ yoxdur. Bu həqiqətən belədir, lakin burada bəzi hiyləgərliklər ola bilər. Hesab edək ki, siz illik 17% kredit götürmüsünüz və bir il sonra bu faiz dərəcəsi 19%-ə yüksəlmişdir.

Bəs bu necə olur? Hər şey çox sadədir. Bir il əvvəl bankda faiz dərəcələrinin enməsi ilə bağlı aksiya var idi, bir il keçdi və aksiyanın müddəti bitərək faiz dərəcəsi əvvəlki kimi tətbiq olunmağa başladı. Bu bütünlüklə qanun çərçivəsindədir və müqavilədə qeyd olunub.

Borcalanı aldatmağın bir yolu da xidmət haqqının tələb olunmasıdır. Əslində isə bu xidmət haqları qanuna əsasən pulsuz olmalıdır. Məsələn, borcalan nə qədər borcunun qaldığını öyrənmək istədikdə bəzi kredit təşkilatları hər dəfə ondan pul tələb edir. Əgər eynilə belə bir vəziyyətə düşsəniz haqqınızı tələb etmək hüququnuz var.

Həmçinin elə vəziyyətlər yaranır ki, burada borcalan özü günahkar olur. Məsələn, borcalan hesab edə bilər ki, artıq kreditinin hamısını ödəyib qurtarıb, lakin bankın öz hesabları var.

Onlar borcalanın banka hələ borcunun qaldığını bilsələr də, vaxtında onu xəbərdar etmirlər.

Çünki zaman keçdikcə borcalanın borcu artacaqdır və bundan sonra onlar borcalana xəbər verirlər. Bu halda da siz lazım olduğundan dəfələrlə artıq pul ödəməli olacaqsınız.

Belə bir halla üzləşməmək üçün bankdan kreditin tam ödənilməsi ilə bağlı ərizə tələb edin. Digər problemlərdən qaçmaq üçün isə faizlərin hesablanmasına xüsusi diqqət ayırın.

Son xəbərlər
Digər xəbərlər